Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İranı nefti ilə yüklü ilk tanker Avropaya üzür
İranı nefti ilə yüklü ilk tanker Avropaya üzür
15 Fevral 2016 / 11:31 / Baxış sayı: 118
Font1 Font2 Font3 Font4

Beynəlxalq sanksiyaların qaldırılmasından sonra İran nefti ilə yüklənmiş ilk tanker Fars körfəzindən yola çıxıb və hazırda Avropaya doğru üzür. Virtualaz.org xəbər verir ki, tanker Fars körfəzindəki Hark terminalından doldurulub. Tanker “Lukoil” şirkətinin törəmə müəssisəsi “Litasco”ya məxsusdur və tutumu 1 milyon barreldir.

“Bloomberg” agentliyinin xəbərinə görə, yaxın saatlarda Fransa, İspaniya və Çin şirkətlərinə məxsus tankerlər də İran nefti ilə yüklənəcək. Müxtəlif informasiyalara görə İranın bir gündə bazara 4 milyon barel neft çıxaracağı gözlənilir.

“Deutsche Welle” bu neftin yarısının Fransanın “Total” şirkəti tərəfindən alındığını bildirir. Qalanını isə Rusiya və İspaniyadan olan iki şirkətə satıblar. İranın energetika rəsmilərinin dediyinə görə, Rusiya şirkəti həmin nefti Rumıniyadakı neftayırma zavoduna göndərəcək. Bu baxımdan ehtimal edilir ki, İran neftinin ilk partiyasını alanlar arasında “Lukoil” şirkəti də var. Çünki “Lukoil” şirkəti Rumıniyada neftayırma zavoduna və yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir. “Total” şirkəti isə İrandan hər gün 160-180 min barel neft almaq barədə müqavilə bağlayıb.

İran neft ixracını artıraraq bazardakı əvvəlki mövqelərini bərpa etməyə hazırlaşır. Bu, gündə təxminən 4 milyon barel neft deməkdir. İranın vitse-prezidenti Eshaq Cahangiri deyib ki, hazırda ixrac gündə 1.3 milyon barel təşkil edir, mart ayında isə 1.5 milyon barrelə çatacaq. Sanksiyaların qüvvədə olduğu müddətdə İran bazarlara gündə cəmi 1 milyon barel neft çıxara bilirdi.

İran neftinin Avropa bazarında ilk alıcıları arasında Yunanıstan da var. Ötən ayın sonuna xəbər verilmişdi ki, Yunanıstanın “Hellenic Petrolium” şirkəti İranın NİOC milli neft şirkət ilə uzunmüddətli razılaşma əldə edib. Sanksiyalara qədər Yunanıstanın əsas neft təchizatçısı məhz İran idi.

İran Avropa neft bazarında mövqelərini qaytarmaq üçün ciddi rəqabətə girməlidir. Çünki ötən ilin sonlarından etibarən Səudiyyə Ərəbistanı Avropanı ucuz neftlə doldurmağa başlayıb. Nəticədə İran son 10 ildə ilk dəfə nefti Səudiyyə Ərəbistanından ucuz satmağa başlayıb.

Analitiklər hesablamışdı ki, İran neftinin bazarlara çıxması qiymətlərin daha da ucuzlaşmasınasəbəb olacaq. Lakin İran nefti ilə yüklənmiş ilk tankerin Avropaya doğru üzdüyü bir vaxtda dünya birjalarında neftin qiymətində artım müşahidə edilir. Son məlumata görə bu günkü hərraclarda “Brent” markalı neft 2 faizə yaxın bahalaşaraq 33.2 dollara satılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə