Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Rusiya heç kimə ağız açmayacaq”
“Rusiya heç kimə ağız açmayacaq”
15 Fevral 2016 / 13:38 / Baxış sayı: 258
Font1 Font2 Font3 Font4

Rusiyanın baş naziri Mixail Bulqkovdan misal çəkdi. “Biz heç nə xahiş etməyəcəyik”. Bunu “Time” jurnalına müsahibəsində Rusiyanın baş naziri Dmitri Medvedev deyib. Baş nazir qərbin ölkəsinə tədbiq etdiyi sanksiyalardan, Suriyadakı vəziyyətdən və sairə məsələlərdən danışıb. O, sanksiyalara görə, ağız açmaq niyyətində olmadıqlarını deyib. 

“Siz bizim ədəbiyyatımızı yaxşı bilirsiniz. Mixail Bulqakovun “Master və Marqarita” əsərində yaxşı bir ifadə var.  Voland deyir ki, heç vaxt heç nə xahiş etməyin. Onda özləri təklif edib və lazım olanı verəcəklər.

Biz də bu sanksiyaların ləğvini heç vaxt istəməyəcəyik. Özləri gələcək və deyəcəklər: gəlin nəhayət buna son qoyaq. Çünki bu, heç kimə faydalı deyil, əksinə hamının ziyanınadır”.

Baş nazir deyib ki, Rusiya bu sanksiyalardan elə də böyük ziyan çəkməyib. Sanksiyalara görə məsuliyyət isə Avropa İttifaqı ölkələrinin, onları dəstəkləyənlərin, eləcə də ABŞKanadanın üzərinə düşür.

“İnkişaf edirik, yaşayırıq. Təbii ki, bunu bacarırıq. Siyasi mövqeyini Rusiya Federasiyası dəyişib? Yox. Rusiya hökuməti sakinlərin dəstəyini görür? Çox gözəl bilirsiniz ki, bəli görürlər, özü də necə. Çünki öz ölkəsinə olan təzyiqlər heç kimin xoşuna gəlmir”.

Rusiyanın baş naziri Dmirti Medvedevin "Time" jurnalına müsahibəsi

D.Medvedev Suriyada baş verənlərədə toxunub. O, deyib ki, ölkəsi Suriyanın vahid dövlət kimi sərhədlərini qoruyub saxlamasını istəyir. “Mənə elə gəlir ki, bunu hamı anlayır. Həm Rusiyada, həm  Avropa, həm də ABŞ-da.  Heç kimə bir neçə hissəyə bölünmüş, xaosun hökm sürdüyü, rəhbərlikdə səhra komandirləri, sadə dillə desək quldurlar olan yeni Liviya lazım deyil”.

Məhz bu məsələlərə görə, Rusiya bu prosesdə qərb tərəfdaşları ilə əməkdaşlıq edəcək.  Baş nazir açıqlamasında qeyd edib ki, bu dialoq nə qədər çətin olsa da,Münhendə də davam edib. Onun sözlərinə görə, ölkədə sülh olmalıdır və prezident Bəşər Əsəd Suriyadakı gələcək siyasi gedişat barədə danışıqlar aparmaq üçün danışıqlar masasına oturacaq.

“Bizim Suriyada daima qalmaq planımız yoxdur. Biz orada prezident Bəşər Əsədin  xahişi ilə milli maraqların müdafiəsinə əsaslanan məhdudlaşdırılmış, konkret tapşırıq yerinə yetiririk”.

Rusiya hökumət başçısı deyib ki, Moskvanın nə Baltikyani ölkələr, nə  Türkiyədə, nə də başqa bir yerdə qarşıdurma istəmir. Rusiyanın özünün problemi az deyil. O, cümlədən isqtisadi. “Bizə inkişaf lazımdır”, deyə Medvedev qeyd edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə