Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyədə azərbaycansayağı vendetta
Türkiyədə azərbaycansayağı vendetta
15 Fevral 2016 / 19:01 / Baxış sayı: 176
Font1 Font2 Font3 Font4

Qətlin üstü 10 il sonra açıldı. Türkiyənin Bursa vilayətində 10 il əvvəl törədilmiş qətlin üstü açılıb, hadisəni törədən azərbaycanlı bu il fevralın 12-də saxlanılıb.

Oxu.Az APA-ya istinadən verdiyi xəbərə görə, azərbaycanlı Rafael M. 2006-cı il fevralın 12-də qətl törətdiyini etiraf edib.  Hazırda Bursada yaşayan və taxta-şalban alveri ilə məşğul olan Rafael M. polisə ifadəsində bildirib ki, Rusiya vətəndaşı Mehralı Abbasovu şəxsi münaqişə zəminində qətlə yetirib. Buna səbəb kimi, M.Abbasovun onun qardaşını döyməsini göstərib:

“Mehralı Abbasov polis orqanlarında işləyirdi. 2000-ci ildə qardaşımı gözümün qarşısında döydü, bu, mənə çox pis təsir etdi. Onun pensiyaya çıxandan sonra Türkiyə ilə ticarətə başladığını, İstanbulda yaşadığını öyrəndim.  Onunla danışmaq üçün bura gəldim, amma mənə də kobud davrandı. Həmin vaxt üstündəki tapançadan atəş açaraq onu öldürdüm. Meyiti Bursaya gətirərək, Orxanqazi rayonunda yolun kənarına atdım”. Qeyd edək ki, M.Abbasovun meyiti həmin vaxt tapılsa da, hadisəni törədənin kimliyi indiyədək müəyyənləşdirilməyib.

Polis əməkdaşlarının telefon danışıqları ilə bağlı apardıqları araşdırma nəticəsində cinayətin üstü 10 il sonra açılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə