Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Siyavuş Novruzov: “Deputatlara işlənmiş maşınlar verilib“
Siyavuş Novruzov: “Deputatlara işlənmiş maşınlar verilib“
15 Fevral 2016 / 19:03 / Baxış sayı: 328
Font1 Font2 Font3 Font4

“Milli Məclisin komitə sədrlərinə verilən xidməti avtomobillər yeni deyil. Həmin maşınlar 2010-cu ildə alınıb”

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın İcra katibinin müavini Siyavuş Novruzov deyib. Komitə sədrinin sözlərinə görə, onlara verilən “Mercedes E-Class” markalı xidməti avtomobillər bundan öncə Milli Məclisə gələn qonaqlar üçün istifadə olunub. 

“Həmin avtomobillər yeni deyil. Onlar 2010-cü ildə qonaqlar üçün alınmışdı. Prosedura görə, komitə sədrlərinə eyni markalı avtomobillər verilir. Mən 5 ildir ki, eyni avtomobildən istifadə edirəm”. S.Novruzov hesab edir ki, ölkədə yerli istehsalı inkişaf etdirmək üçün “Naz-Lifan”dan xidməti avtomobil kimi istifadə etmək olar.

“Sənayenin inkişafı üçün yerli nəqliyyat vasitələrinin alınması yeni iş yerlərinin açılmasına imkan yaradır. Hər bir nazirlik, komitə, şirkət, icra hakimiyyəti, özəl sektor bu maşınlardan istinadə edəcəksə, çoxlu sayda işçi lazım olacaq, bununla da dövlətə vergi ödəniləcək. Naxçıvan Muxtar Respublikasında taksilərin hamısı, o cümlədən paytaxtda xidmət göstərən taksilərin bir qismi “Naz-Lifan” markalı maşınlardır. Hesab edirəm ki, dövlət sifarişlərinin bir hissəsi “Naz-Lifan”dan ibarət olmalıdır. Bu, bilavasitə dövlət başçısının tapşırığıdır”.

Qeyd edək ki, V çağırış Milli Məclisdə yeni yaradılan komitələrin sədlərinə “Mercedes E-Class” markalı xidməti avtomobil verilib. Həmin avtomobillərin bazar qiyməti 100 min manat civarındadır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə