Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yediyimiz çörəklər bu vəziyyətdə daşınır – FOTOLAR
Yediyimiz çörəklər bu vəziyyətdə daşınır – FOTOLAR
15 Fevral 2016 / 19:29 / Baxış sayı: 288
Font1 Font2 Font3 Font4

Çörək ruzi-bərəkətdir, çörəyi yerə atmaq olmaz, günahdır deyirik. Amma bərəkət deyib yerə atmadığımız çörəyi ağayımızı qoyduğumuz, əyləşdiyimiz yerdə daşıyırıq.

Söhbət çörəyin gigiyenik tələblərə cavab verməyən minik avtomobillərində daşınmasından gedir. İllərdir bu məsələ problem olsa da, həll olunmamış qalır. Xüsusən Bakıətrafı kənd və qəsəbələrdə məhəllədaxili mağazalara çörək gigiyenik tələblərə cavab verməyən minik avtomobillərində daşınır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin müdiri İmran Abdullayev problemi həll etməyin hələki mümkünsüz olduğunu söyləyib. İ. Abdullayev bildirib ki, qaydaya əsasən çörək gigiyenik tələblərə cavab verən avtomobillərdə daşınmalıdır: “Çörəyin bişirilməsində nə qədər gigiyenik tələblərə əməl etmək vacibdirsə, daşınmasında da bir o qədər gigiyenik tələblər gözlənilməlidir. Əslində çörək bişirən zavodların hər birinin  çörəyi daşıyan avtomobili olmalıdır. Amma çox təəssüf ki, çörək bişirən zavod və sexlərin hər birinin çörəkdaşıyan avtomobili olsa da, sayı az olduğundan, digər dəllallarla da iş birliyi qururlar. Bişirilən çörəyin satılması üçün çörəkbişirmə sexləri şəxsi avtomobili ilə çörək daşıyan şəxslərə bir qədər aşağı qiymətə çörək satırlar. Onlar isə  üzərinə bir neçə qəpik qoymaqla pul qazanırlar. Çox təəssüf ki, çörək sexini bişirdiyi çörəyin daşınması yox, satışı maraqlandırır. Biz də görürürük ki, sərnişin daşıyan sürücü sərnişini düşürdüb oturacağa çörək yığır. Yaxud da yolqırağıda toz basan banan yeşiklərində çörək daşıyır. Hətta avtomobilin toyuq-cücə daşıdıqları yük yerində də çörək daşıyırlar. Amma biz həmin sürücüləri heç cürə cəzalandıra bilmirik. Saxlayanda deyirlər evimdə məclis var, çörəyi də evə almışam. Di gəl bunu sübut elə”.

Həmsöhbətimiz deyir ki, qaydaya əsasən çörək, gigiyenik pasportu olan avtomobillərdə daşınmalıdır: “Biz Respublika Yol Polisi İdarəsinə müraciət etdik ki, onlar çörəkdaşıyan avtomobillərdən gigiyenik pasport tələb etsinlər. Amma belə avtomobillər də çox vaxt yol polisindən yayına bilir. Yol polisinin gigiyenik pasportu olmayan avtomobili saxlayıb cərimə etmək, sürücünün sənədlərini əlindən alıb avtomobili cərimə meydanına aparmaq səlahiyyəti varsa, bizim əlimizdə həmin avtomobilin sürücüsünə cərimə yazmaq hüququ da yoxdur. Ona görə də bu problemi həll etmək üçün qanuna ehtiyac var”.

İ. Abdullayev belə avtomobillərdən çörək alan mağaza sahibinin də inzibati məsuliyyətə cəlb olunmasının vacib olduğunu deyir: “Çörəyi həmin sürücüdən alan sonucda mağaza sahibidir. Mağaza sahibi necə rəva görür ki, hansısa sərnişin əyləşən, ayaq qoyan yerdə daşınan çörəkdən yesin, yaxud o çörəyi müştəriyə satsın”.  /movqe.az/

corekl3.jpg

corekl1.jpg



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə