Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qərarlar prezidentlə razılaşdırılacaq
Qərarlar prezidentlə razılaşdırılacaq
16 Fevral 2016 / 10:13 / Baxış sayı: 146
Font1 Font2 Font3 Font4
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında əsasnamənin layihəsi hazırlanacaq. Bu prezident İlham Əliyevin ötən gün  “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” ötən ilin dekabr ayında qəbul edilən qanunun tədbiqi ilə bağlıfərmanında yer alıb.  Mart ayının 1-dən qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsinə əsasən, Nazirlər Kabineti  üç ay müddətində rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının layihəsini hazırlayıb prezidentinə təqdim etməlidir. 
Bundan əlavə Nazirlər Kabineti 4 ay ərzində tez xarab olan mallar barəsində sərəncam verilməsi qaydasını, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın (qərardadın) formalarını, yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarını prezidenti ilə razılaşdırmaqla müəyyən etməlidir.

İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının saxlanılması qaydasını müəyyən ediləcək və bu barədə prezidentə məlumat veriləcək.

Sərəncamda qeyd edilir ki, Nazirlər Kabineti Cinayət Məcəlləsində nəzərdə tutulan cərimə məbləğlərinin artırılması ilə bağlı, siqaretin çəkilməsi qadağan olan yerləri müəyyən edən “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə