Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vəkildən ŞOK İDDİA: “170 min dolları komitənin sədri Hicran Hüseynovaya verib”
Vəkildən ŞOK İDDİA: “170 min dolları komitənin sədri Hicran Hüseynovaya verib”
16 Fevral 2016 / 10:32 / Baxış sayı: 508
Font1 Font2 Font3 Font4

Vəkil Adəm Məmmədov Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət  Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun verdiyi açıqlamanı təkzib

edib. Hüquqşünas Modern.az saytına şöbə müdirinin onun barəsində səsləndirdiyi fikirlərin tamamilə yalan olduğunu deyib. O, bildirib ki, bu məsələ ilə bağlı adı çəkilən Komitədə olmayıb.

“Mən hüquqlarını müdafiə etdiyim şəxsin iddiasını müdafiə edirəm. Şikayətçi bildirib ki, pulu Səfər İmanov onun gözünün qarşısında komitənin sədri Hicran Hüseynovaya verib. Bu barədə müvəkkildə tutarlı dəlillər var. Hətta Səfər İmanovun aldığı pulları Komitə sədrinə verməsi haqda yazılı qeydlər də var”.

A.Məmmədov şikayətçi şəxsin öz ərizəsində Səfər İmanovla Hicran Hüseynovanın yaxın qohum olmasını da qeyd edib: “Sosial şəbəkələrdə bununla bağlı yazı ictimailəşdikdən sonra daha iki nəfər ona eyni motivlə zərərçəkmələri barədə müraciət edib. Lazım gələrsə bu faktları da açıqlayacağam”.

Məsələ ilə bağlı Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsi S.İmanovun 170 min dollar pul alması iddiası ilə bağlı rüşvət verən şəxsin vəkili Adəm Məmmədov AQUPDK-də olduğunu bildirib. A.Məmmədovla söhbətdən sonra vəkilin iddia etdiyi faktın araşdırılması üçün bu il fevral ayının 5-də Dövlət Komitəsi rəsmi şəkildə Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib.

“Müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa müvafiq tədbir görülsün. Biz hələ də baş idarədən cavab gözləyirik. Məsələ hələ təsdiqini tapmayıb, həmçinin təkzib edilməyib”, – Dövlət Komitəsindən bildirilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə