Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda ŞOK OLAY: yeni ailə quran moldovalı qız özünü öldürdü
Bakıda ŞOK OLAY: yeni ailə quran moldovalı qız özünü öldürdü
16 Fevral 2016 / 12:02 / Baxış sayı: 562
Font1 Font2 Font3 Font4

Gənc qız ailəsi ilə birgə həmin ünvanda kirayə yaşayırmış

Bakıda Moldova vətəndaşı olan 23 yaşlı qızın intiharı ilə bağlı bəzi məqamlar aydınlaşıb. Özünü çoxmərtəbəli binanın 5-ci mərtəbəsindən ataraq intihar edən Quriya Qlafira evli olub. Təxminən 1 il əvvəl moldovalı gənclə ailə quran Quriya ailəsi ilə Bakıya gəlib və Xətai rayonu ərazisində kirayə tutduqları mənzildə yaşamağa başlayıb.

Bildirilir ki, Q.Qlafiranın yaşadığı ailədə xeyli sıxlıq var imiş. Kirayə tutulan mənzildə gənc ailə ilə yanaşı Quriyanın qayınanası və bir neçə digər qohumları da yaşayırmış. Onlar Bakıda xırda ticarətlə, xüsusi ilə ətir alveri ilə məşğul olurmuş.

Sözügedən ailə rus dilində bilmədiyindən olayla bağlı hələlik müfəssəl məlumat toplamaq mümkün olmayıb. Araşdırmalar davam etdirilir.

***
11:24
Bu gün Bakıda xarici ölkə vətəndaşı intihar edib. Lent.az xəbər verir ki, hadisə Xətai rayonu Məhəmməd Hadi
küçəsi 29/44 ünvanında baş verib. Həmin ünvanda yerləşən 14 mərtəbəli binanın 5-ci mərtəbəsində kirayə yaşayan Moldova vətəndaşı, 1993-cü il təvəllüdlü Quriya Qlafira özünü eyvandan ataraq intihar edib. O, hadisə yerində ölüb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə