Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bunun bir adı var: vəhşilik – VİDEO – FOTO
Bunun bir adı var: vəhşilik – VİDEO – FOTO
16 Fevral 2016 / 12:09 / Baxış sayı: 828
Font1 Font2 Font3 Font4

Fələstinin Qərbi Şəriə bölgəsində, İordan çayının sahilindəki Hevron şəhərində İsrail zabiti əlil arabasında olan fələstinlini vuraraq yerə yıxıb.

Milli.Az The Telegraph-a istinadən bildirir ki, 53 yaşlı əlil fələstinli Məcid əl Fəxuri israilli əsgərlərin 14 yaşlı fələstinli qızı döymələrinə mane olmağa çalışırdı.

“Onlar qızı yerə yıxıb vururdular. Buna dözə bilmədim, axı uşaq günahsızdı. İsrailli zabit qışqırırdı ki, guya bu qız onları öldürmək istəyib, hücum çəkib.

Gülməlidir – 14 yaşlı çəlimsiz, cılız qız təpədən-dırnağadək silahlanmış 10 hərbçini necə öldürə bilər axı?! Onlara mane olmağa çalışanda israilli zabit məni itələyərək yerə yıxdı. Əliləm, ayağa dura bilmirəm. Gənclər harayıma çatmasaydılar, məni də şil-küt edəcəkdilər”, – Əl Fəxuri deyib.

Onun sözlərinə görə, sol ayağını 10 il əvvəl, avtomobil qəzasında itirib: “Qızı o qədər vurmuşdular ki, al qan içindəydi. Uşağa yardım etmək istədim. Lakin zabit məni saxladı, “Rədd ol!” bağırdı. Sonra da yıxdı. Başım asfalta dəydi”.

İsrailli hərbçilərin döydükləri 14 yaşlı Yasmin Rəşad əl Zuri ağır vəziyyətdə xəstəxanaya aparılıb. Onun durumu kritikdir.
Bunun bir adı var vəhşilik



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə