Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Apellyasiya məhkəməsi də Gülər Əhmədovaya “yox” dedi
Apellyasiya məhkəməsi də Gülər Əhmədovaya “yox” dedi
16 Fevral 2016 / 12:10 / Baxış sayı: 1098
Font1 Font2 Font3 Font4

Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, G.Əhmədovanın şikayəti təmin olunmayıb.

Gülər Əhmədova Bakı Apellyasiya Məhkəməsinin 5 may 2014-cü il tarixli qərarı ilə ona verilmiş şərti məhkumetmə cəzasının ləğvi və məhkumluğun götürülməsi iddiası ilə ötən ilin noyabrında Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Gülər Əhmədova ondan apellyasiya şikayəti verib.

Xatıqladaq ki, sabiq deputat fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı videodan sonra 2013-cü ilin fevralında həbs olunub. 2005-ci ilin parlament seçkiləri ərəfəsində lentə alınmış həmin video görüntülərdə Elşad Abdullayev, Gülər Əhmədova və hər ikisinin ortaq tanışı olan, görüntülərin yayılmasından az sonra – 2012-ci il dekabrın 26-da Türkiyədə dünyasını dəyişən Sevinc Babayeva arasında gedən söhbətdə rektorun deputat olması üçün 1 milyon dollar lazım olmasından bəhs olunur. Elşad Abdullayev artıq 500 min dollar verdiyini bildirir, Gülər Əhmədova daha 500 verilməsinin lazım olduğunu deyir.

Gülər Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələrilə üç il azadlıqdan məhrum edilmişdi. Sonradan Apellyasiya Məhkəməsi həmin cəzanı şərti cəza ilə əvəz etd və G.Əhmədovanı məhkəmə zalından azadlığa buraxdı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə