Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nardaran ağsaqqalının evində post qurulub: İçəri heç kəs buraxılmır
Nardaran ağsaqqalının evində post qurulub: İçəri heç kəs buraxılmır
16 Fevral 2016 / 17:16 / Baxış sayı: 504
Font1 Font2 Font3 Font4

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun evi polis əhatəsindədir.

Cebhe.info-nun Nardaranda olan əməkdaşının verdiyi məlumata görə, ev dustağı olan Natiq Kərimovun evinə nə jurnalistlər, nə də digər kənd sakinləri və yaxınları buraxılır. Evin ətrafında post quran polis əməkdaşları bu qadağanı qəsəbədə gedən son tikinti işləri ilə əsaslandırıblar.

Həmçinin hüquq-mühafizə orqanları bildiriblər ki, Nardaranda dövlət əhəmiyyətli tədbirlər nəzərdə tutulub. Lakin Məşədi Natiq Kərimovla telefon əlaqəsi qurmaq da yasaq edilib. Ən yaxın adamları belə onunla rabitə qura bilmir. Onu da qeyd edək ki, Nardaranda yerləşdirilmiş polis postlarının böyük əksəriyyəti yığışdırılsa da, hələki qəsəbə daxilində iki polis postu saxlanılıb.

Bu postlar kəndi ümumilikdə nəzarətə götürüblər. Hazırda qəsəbənin küçələrində abadlaşdırma işləri aparılır. Əməkdaşımızın müşahidələrinə görə, yol kənarındakı yaşayış evləri, müxtəlif tikililər sökülür.

Kənd sakinlərinin sözlərinə görə, yaxın vaxtlarda Nardaranda Fövqaladə Hallar Nazirliyinin Yanğınsöndürmə məntəqəsi fəaliyyətə başlayacaq. Bunun üçün kənddə xüsusi hazırlıq işlərinə başlanılıb.

Qeyd edək ki, Natiq Kərimov yanvarın 6-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Səbayel Rayon Məhkəməsinə aparılan N.Kərimov haqda 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Yanvarın 19-da azadlığa buraxılan Natiq Kərimov barədəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə