Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rəsmi Bakının Suriya mövqeyi açıqlandı
Rəsmi Bakının Suriya mövqeyi açıqlandı
16 Fevral 2016 / 17:58 / Baxış sayı: 348
Font1 Font2 Font3 Font4

Bəşər Əsəd prezident kimi hazırda ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır. “Azərbaycan  Əsədin varisi tərəfindən əvəzlənənə qədər prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyir”.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirdi ki, xarici işlər nazirinin müavini  Araz Əzimovun  ötən gün Avstriyanın “Die Presse” qəzetinə verdiyi müsahibədə Suriya münaqişəsi ilə bağlı ifadə etdiyi fikirlər Azərbaycanın rəsmi mövqeyidir. 

Öz müsahibəsində Araz Əzimov bildirib ki, Bəşər Əsəd prezident kimi hazırda ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır. “Bəşər Əsədin ordusu hüquqi institutdur”, – deyə XİN rəsmisi qeyd edib. 

Araz Əzimov - xarici işlər nazirinin müavini

Rəsmi Bakı Bəşər Əsədi Suriyanın bütövlüyü və təhlükəsizliyinin  yeganə qarantı hesab etsə də Azərbaycanın ən yaxın müttəfiqi Türkiyənin bu məsələyə baxışı tamamilə fərqlidir. Türkiyə rəsmiləri Bəşər Əsədin hakimiyyətdən getməli olduğunu dəfələrlə bəyan edib.
Bunu nəzərə alan azərbaycanlı XİN nümayəndəsi qeyd edib ki, Azərbaycan Türkiyənin narahatlıqlarını başa düşür. “İraq Kürdüstanındakı PKK gücləri türklər üçün təhlükəsizlik problemidir. Suriyanın Türkiyə ilə şimal bölgələrində də kürdlər irəliləyir. Əgər sabah Əsəd getsə, biz buna qarşı çıxmayacağıq. Biz hərtərəfli stabilləşmə prosesinin tərəfdarıyıq, qurudan hücum əməliyyatlarının deyil. Çünki istənilən koalisiya ora öz quru qüvvələrini göndərsə, xaos daha da böyüyəcək”, – deyə XİN rəsmisi qeyd edib.

Bununla da Bakının mövqeyi Moskvanın mövqeyi ilə üst-üstə düşmüş olur. Çünki Rusiya rəsmiləri dəfələrlə Bəşər Əsədi Suriyanın qanuni prezidenti hesab etdiyini açıqlayıblar. Prezident Vladimir Putin bir müddət əvvəl mətbuata açıqlamasında bildirmişdi ki, Suriyada yeganə bir qanuni ordu var və bu, Suriya prezidenti Bəşər Əsədin ordusudur. “Bəzi beynəlxalq tərəfdaşlarımız hesab edir ki, bu orduya qarşı müxalifət vuruşur. Ancaq əslində Əsədin ordusu, terror təşkilatlarına qarşı vuruşur”,- deyə Putin bildirmişdi.

Hazırda Suriyada vətəndaş müharibəsi davam etməkdədir. Ölkədə hökumət əleyhinə etiraz aksiyaları 2011-ci il martın 15-də başlayıb. Ən geniş aksiyalar ölkənin cənubunda, Dera şəhərində baş tutub. İlk öncə aksiyalar dinc xarakterli olsa da daha sonra etirazçılar arasında peyda olan təxribatçılar tərəfindən polisə və nümayişçilərə atəş açılıb.  Etirazlar bir müddət sonra vətəndaş müharibəsinə çevrilib. Hazırda ölkədə İŞİD, Əl – Nüsrə,Demokratik Birlik Partisi (PYD), Kürdüstan Fəhlə Partiyası (PKK), Xalq Qoruma Birlikləri (YPG), Azad Suriya Ordusu və digər silahlı qruplaşmalar bir-birinə qarşı mübarizə aparır.

Artıq 5 ildir davam edən Suriya münaqişəsi dünya dövlətlərini, demək olar ki, iki qütbə bölüb. RusiyaİranÇin və bu dövlətlərin təsiri altında olan silahlı birləşmələr Bəşər Əsədin Suriyanın qanuni prezidenti olduğunu bəyan edirlər. Amma ABŞTürkiyəAvropa BirliyiSəudiyyə Ərəbistanı və digər ərəb dövlətləri Əsədsiz Suriyanın gələcəyinin daha firavan olacağını düşünürlər. Burada mübarizə təkcə Bəşər Əsədin qalması və ya getməsi üçün deyil, həmçinin təbii sərvətlər uğrunda gedir.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə