Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Binəqədidə daha iki qumarxana aşkarlandı: «ZZ Klub» və «Oğuzxan»-FOTOLAR
Binəqədidə daha iki qumarxana aşkarlandı: «ZZ Klub» və «Oğuzxan»-FOTOLAR
17 Fevral 2016 / 23:48 / Baxış sayı: 226
Font1 Font2 Font3 Font4

JAM.AZ-ın əməkdaşları loto oynanılan məkanlarda oldu, qumarbazlar insanları soymaq üçün yeni mexanizmləri işə salıblar

Son dövrlər Bakıda qumarxanaların sayı durmadan artır. Şəhərin müxtəlif yerlərində peyda olan bu şəbəkənin başında duranlara isə heç bir maneə yaradılmır. Lakin diqqəti çəkən əsas məqam odur ki, hazırda qumarxanaların ən çox yayıldığı ərazi Binəqədi rayonudur. Niyə məhz bu rayon öndə gedir sualının isə birmənalı olaraq cavabı yoxdur.

JAM.AZ-ın əməkdaşları dünən 7-ci mikrorayon ərazisində daha iki qumarxana aşkarlayıblar. Qanunla qadağan olan bu fəaliyyət növüylə məşğul olanlara qarşı heç bir tədbirin görülməməsi isə kifayət qədər təəccüb doğurur.

Qeyd edək ki, həmin qumarxanalardan biri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşiir. «ZZ Klub» adlanan həmin qumarxana yolun düz kənarında, 5 mərtəbəli binanın altındadır. Digərlərindən fərqli olaraq, «ZZ Klub»da pəncərələrə nə pərdə vurulub, nə də başqa bir tədbir görülüb. Açıq-aşkar fəaliyyət göstərən qumarxanaya gələnlərin sayı isə həddindən artıq çoxdur.

Əməkdaşlarımız qeyd olunan ünvana çatdığında klubun qarşısında xeyli sayda avtomobilin dayandığını müşahidə edib. Qumar oynamaq üçün növbəyə dayananların sayı isə heç də az deyil. Loto oyunu oynayanların əksəriyyəti isə necə aldadıldıqlarının fərqinə varmırlar. Onlar öncə şirnikləndirilir, daha sonra isə ciblərindəki bütün pulları uduzuna qədər orada saxlanılır.

«ZZ Klub»un bir «özəl» cəhəti də odur ki, burada hər gün gecə saat 10:30-dan 11:00-a kimi «Cek Pot» oynanılır. «Cek Pot»un ümumi dəyəri isə 2500-3000 manat aralığında dəyişir. Lakin həmin pulun indiyə qədər udulması heç kimə qismət olmayıb. Səbəb isə odur ki, «ZZ Klub»un sahibləri o pulu yalnız öz adamlarına uddururlar. Məqsəd isə başqalarını şirnikləndirməkdən ibarətdir.

Amma Binəqədi rayonundakı qumarxana təkcə, «ZZ Klub»la yekunlaşmır. JAM.AZ-ın əməkdaşlarının araşdırmalarına görə, bu yaxınlarda fəaliyyətə başlamış daha bir lotoxana var. 7-ci mikrorayonla 8-ci mikrorayonun kəsişməsində yerləşən «Oğuzxan» Şadlıq Sarayının həyətində də qumar oynanılır. Belə ki, şadlıq sarayının həyətindəki birmərtəbəli binada təşkil olunmuş qumar oyunlarına qatılanların sayı kifayət qədər çoxdur. Burada da insanlar digərlərində olduğu kimi aldadalır .

Yazının əvvəlində sual etmişdik ki, Binəqədi rayonunda qumarxanaların çoxluq təşkil etməsinin səbəbləri nə ola bilər. Bununla bağlı aparılan araşdırmalar zamanı hər hansı bir dəqiq informasiyalar əldə edilməsə də, ortalıqda dolaşan bir sıra maraqlı məqamların olduğu aşkarlanıb. JAM.AZ xəbər verir ki, bəzi məlumatlara görə, Binəqədi Polis Şöbəsi qumarxanaların əsas himayəçisi kimi çıxış edir. İddia edilir ki, guya, şöbə rəisinin razılığı ilə belə məkanlar fəaliyyət göstərir. Bunun nə dərəcədə real olub, olmadığı isə bizə məlum deyil.

Bir başqa iddiaya görə isə qumarxanaların Binəqədi rayonunda tüğyan etməsinin günahkarı elə rayonun icra başçısı Xaləddin İsgəndərovdur. Bununla bağlı deyilir ki, icra başçısı hələ xeyli əvvəldən rayon ərazisində belə məknların fəaliyyət göstərməsi üçün şərait yaradıb. Düzdür, bu məlumatın da nə dərəcədə səhih olduğunu demək xeyli çətindir. Amma mümkünsüz də sayıla bilməz.  Yazıda adları keçən qurum və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə