Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Çovdarovun dörd işçisinin həbs müddəti artırıldı
Çovdarovun dörd işçisinin həbs müddəti artırıldı
17 Fevral 2016 / 13:53 / Baxış sayı: 586
Font1 Font2 Font3 Font4

Bu gün Səbail Rayon Məhkəməsində keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq yüksək vəzifəli əməkdaşları Orxan Osmanov, Akif Əliyev, İlham Mahmudov, Mehman Abdullayev barələrində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

“Report”un əldə etdiyi məlumata görə, hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən iclasda həmin şəxslər barəsində həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən olunub.

Cinayət işi üzrə MTN-in vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, daha əvvəl MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizov, Teymur Quliyev və MTN-in stintaq Baş İdarəsinin sabiq şöbə rəisi, polkovnik-leytenant Vüsal Ələkbərov barəsində də həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.

Ləğv edilmiş Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarov olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə