Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gəbəyev Məmmədovu güllələdi, 12 il yatıb çıxdı və güllələndi…
Gəbəyev Məmmədovu güllələdi, 12 il yatıb çıxdı və güllələndi…
17 Fevral 2016 / 14:17 / Baxış sayı: 274
Font1 Font2 Font3 Font4

Fevralın 12-də Rusiyanın Sankt-Peterburq şəhərində 53 yaşlı azərbaycanlının güllələnərək qətlə yetirilməsinin motivləri bəlli olub. virtualaz.org life78.ru portalına istinadla xəbər verir ki, həmin şəxsin killer kimi 13 il əvvəl törətdiyi qətlə görə öldürüldüyü üzə çıxıb.

Xəbər verildiyi kimi Peterburqun Nevsk rayonunda 53 yaşlı azərbaycanlı “Reno Duster” markalı avtomobildə olan naməlum şəxslərin açdığı atəşlə öldürülmüşdü. Hüquq-mühafizə orqanları bildirir ki, həmin şəxs 53 yaşı Yusif Gəbəyevdir. Cəsədin üzərinə baxış zamanı həmin şəxsin üzərindən onunLipetskdəki sərt rejimli cəzaçəkmə müəssisəsndən 2015-ci il dekabrın 12-də buraxıldığına dair arayış çıxıb.

Lipetsk vilayətinə göndərilən sorğudan məlum olub ki, Gəbəyev 2003-cü ildə Moskvada törətdiyi qətlə görə həbsdə yatıb. İstintaq hesab edir ki, onun qətli də məhz 13 il əvvəlki cinayətlə bağlıdır.

Məlumata görə 2003-cü ild Moskvanın şimal-şərqində 33 yaşlı azərbaycanlı Şamil Məmmədovun cəsədi tapılıb. Məlum olub ki, Məmmədov xırda parakəndə ticarət köşklərinə “nəzarət” edib və naməlum şəxslərlə ərazinin bölüşdürülməsinə dair danışıqlar aparıb. Onun BMW avtomobilini dəfələrlə Moskvanın Korneyçuk küçəsində görüblər. 2003-cü ilin aprelində Məmmədov həmin küçədə güllələnib. Naməlum şəxslər onu əvvəlcə kürəyindən bıçaqlayıblar, daha sonra “Makarov” tapançasından sinəsindən və çiynindən üç güllə vurublar. Axırıncı gülləni isə başına sıxıblar.

Həmin qətlə görə Moskvada qeydiyyatda olan və qanuni yaşayan Gəbəyev tutulub. Məhkəmə onu qətldə təqsirli bilib və 12 il həbs cəzası verib. Azadlığa çıxandan sonra Gəbəyev Peterburqa gedib. Lakin belə görünür ki, Məmmədovun qətlinə görə qisas almaq istəyənlər onun hara getdiyini bilirdi…



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə