Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şərurlu İsfəndiyarı məhkəməyə çağırdılar…
Şərurlu İsfəndiyarı məhkəməyə çağırdılar…
17 Fevral 2016 / 14:34 / Baxış sayı: 940
Font1 Font2 Font3 Font4
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.

Zərərçəkmiş şəxs qismində dindirilən Çingiz Əfəndiyev 2007-ci ildə 59500 dollar pul verərək mənzil aldığını, indiyə qədər də həmin mənzilin ona tam olaraq təhvil verilmədiyini bildirib: “ Qarabağ əliliyəm, 2 oğlum var. Əsgərə gedib, gəlmişdilər. Onlara ev almaq üçün mənzil axtarışında idim. Yasamalda Elman adlı oğlanla tanış oldum. Ev almaq istədiyimi bildirdim. Məni Qoşun müəllimin yanına gətirdi. Danışdıq, razılaşdıq, 59500 dollar ödəniş elədim. Bir ilin içində mənzilimin tam olaraq təhvil veriləcəyini dedilər. O, 1 il 10 ildən də artıq oldu. Ev hələ də hazır deyil. Mən kontraktımı sonradan “SAFARİ-N” rəhbəri İmam Axundovla( Şərurlu İsfəndiyarın qardaşı) bağladım. Yenə deyirəm mənzil məndə olsa da, heç bir iş görülməyib, onlar tam mənzil təhvil verməlidirlər. Şikayətim yoxdur, tələbim var, evimi təhvil versinlər”.

Ç. Əfəndiyevdən sonra zərərçəkmiş şəxs qismində Rasim Sadıqov qısa çıxış edib. O bildirib ki, İsfəndiyar Axundov ( Şərurlu İsfəndiyar) şahid kimi bura çağırılmalıdır: “Bütün danışıqlarımız onunla olub. Müqavilələrin hamısı İmran Axundovla bağlansa da, bütün işləri İsfəndiyarın özü edib. Tələb edirik ki, İsfəndiyar Axundov məhkəməyə şahid kimi çağrılsın”.

Zərərçəkən qeyd edib ki, əvvəllər binanın qarşısında lövhə vardı: “ Həmin lövhənin şəkilini məhkəməyə təqdim etmişik. Orda yazılıb ki, tikinti müddəti 2010-2014, halbuki tikinti 2006-cı ildən başlayıb. İndi o lövhəni oradan çıxarıblar. Bizim bir istəyimiz var, evimizi istəyirik, gəlib desinlər ki, nə vaxt hazır olacaq. Bilək işimizi”.

Digər bir zərərçəkən Qeybulla Səfərov məcburi köçkün olduğunu deyib: “ Bilirsiniz mən ikinci dəfədir ki, məcbur şəkildə evimdən məhrum oluram. Birinci dəfə bizi dədə-baba torpaqlarından didərgin saldılar, indi də bunlar. Bunlar mütəşəkkil dəstədirlər. Təkcə Qoşun müəllimdən yox, bunların hamısından şikayətçiyəm. 36 min dollar pul ödəmişəm. Bakıdan ev almağın sevincini yaşayırdım. Tez-tez binanın mühafizəçisinə, Qoşun müəllimə zəng edib, evlə bağlı maraqlanırdım. Hər dəfə işin gecikdiyini deyirdi, ölkədə vəziyyətin pis olduğunu xatırladırdı. Bir müddət gözlədim, amma yenə də səs çıxmırdı. 7-8 ildir ki, bunlar məni müxtəlif variantlarla aldadırlar. İsfəndiyarın da yanına getdim, qəbul eləmədilər”.

Təqsirləndirilən şəxs Qoşun Rəhimov bildirib ki, o zaman binanı onun əlindən alıblar: “Demişdilər ki, binanı MTN-ə veriblər”.

Məhkəmə prosesi fevralın 24-də davam edəcək.  Qeyd edək ki, 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar.

Sonradan mənzillərin təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıldığı məlum olub. Bu yolla 29 nəfər zərərçəkənə 305 min manat məbləğində ziyan vurulub.

Faktla bağlı şirkətinin direktoru Qoşun Rəhimov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Xatırladaq ki, keçən prosesdə ifadə verən “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimov məsuliyyəti “SAFARI-N” MMC-nin üzərinə atıb. Bəlli olub ki, bu işdə “VEDI-E” MMC podraçtı, “SAFARI-N” MMC isə sifarişçidir. Bu şirkətin direktoru isə “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı Isfəndiyar Axundovun qardaşı İmran Axundovdur.

Qoşun Rəhimov ifadə verərək özünü qismən təqsirli bilib. O, bildirib ki, “VEDI-E” MMC-ni təsis edib. Onun sözlərinə görə, bina tikintisi üçün “SAFARI-N” MMC ilə müqavilə bağlayıb.

Təqsirləndirilən şəxs qeyd edib ki, binanın tikintisi zamanı iştirak edən fəhlələrin pulunu özü ödəyib. Onun sözlərinə görə, vergi işləri və bank əməliyyatları ilə “SAFARI-N” MMC məxsus olub. O, qeyd edib ki, həmin MMC-nin icraçı direktoru Elnur adlı şəxs olub: “MMC-nin sahibi isə İmran Axundov idi. Hər ay hesabatı həmin MMC-nin mühasibatlığına vermişəm. Tikinti işləri isə 2 il müddətində aparılıb. Bu illər ərzində 24 dəfə MMC hesabat vermişəm. Burada mənzillərin satışından əldə olunan pullar və digər sənədlər olub. Tikinti aparılan binanın ərazisində olan torpaq sahəsi “SAFARI-N” MMC məxsus olub”.

O, qeyd edib ki, tikintiyə ümumilikdə 1 milyon 300 min manat vəsait xərclənib: “Bu məbləğdən İmran Axundovun xəbəri olub. 2009-cu ildə tikinti yarımçıq saxlanılıb. Bundan sonra evlərin alıcılara paylanmasında gecikmələr oldu. Buna görə də alıcılar prokurorluğa şikayət etməyə başladılar. Şikayətlərin qarşısını almaq üçün həmin ərazidə tikinti aparmaq istədim, lakin buna “SAFARI-N” MMC-nin rəhbər şəxsləri imkan vermədi”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə