Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“AFN Travel” MMC-nin vəzifəli şəxslərinə cinayət işi başlandı
“AFN Travel” MMC-nin vəzifəli şəxslərinə cinayət işi başlandı
17 Fevral 2016 / 14:50 / Baxış sayı: 190
Font1 Font2 Font3 Font4

“AFN Travel” MMC-nin təsisçisi Coşqun Talıbovun həmin cəmiyyətin direktoru və digər vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Araşdırmalar zamanı cəmiyyətin direktoru Elvin Əsgərovun baş mühasib Aygün Fətəliyeva və Daxili turizm departamentinin müdiri Niftulla Nəcəfovla əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cəmiyyətin bank hesabından nağd şəkildə götürdükləri onlara etibar edilmiş 249 min manat məbləğində pul vəsaitini cəmiyyətin xəzinəsinə mədaxil etməyərək mənimsəmələrinə və digər maliyyə pozuntularına yol vermələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə