Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda “kolxoz” yaradıldı: təsərrüfat 4 kəndi əhatə edir
Azərbaycanda “kolxoz” yaradıldı: təsərrüfat 4 kəndi əhatə edir
17 Fevral 2016 / 17:22 / Baxış sayı: 714
Font1 Font2 Font3 Font4

Salyan rayonunun Qarabağlı kəndində 1000 hektar sahəni əhatə edən ilk kollektiv istehsalat təsərrüfatı yaradılıb. Salyan Rayon İcra Hakimiyyətindən verilən xəbərə görə, Qarabağlı kollektiv istehsalat təsərrüfatının təsis yığıncağında mülkiyyətçilər, pay torpaq sahibləri iştirak ediblər.

2014-2018-ci illər Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda ölkə prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələr barədə məlumat verən İcra hakimiyyətinin başçısı Tahir Kərimov bildirib ki, indi əsas diqqət qeyri-neft sektoruna, xüsusilə aqrar sahənin sürətli inkişafına yönəlməlidir.

Bu məqsədlə iri təsərrüfatların yaradılması vacib məsələdir və bu istiqamətdə rayonda artıq müəyyən layihələrin icrasına başlanıb. Qarabağlı kollektiv istehsalat təsərrüfatının yaradılmasını bunun əyani nümunəsi kimi səciyyələndirən icra başçısı perspektivdə belə təsərrüfatların sayının artacağını söyləyib. Belə təsərrüfatlarla istehsalın intensivliyi təmin olunmaqla, iqtisadi rentabellik və əhalinin məşğulluq səviyyəsi artacaq, yeni iş yerləri açılacaq.

Qeyd olunub ki, belə təsərrüfatlar sərmayələr üçün cəlbedici olmaqla yanaşı, həm də ixrac yönümlü məhsul istehsalında daha böyük imkanlara malik olacaq.

Dövlətin kənd təsərrüfatına xüsusi qayğısından danışan mülkiyyətçilər Azər Ağayev, Rövşən Həsənov və başqaları bildiriblər ki, məhz bu amil onları yeni təsərrüfat subyekti yaratmağa ruhlandırıb.

Elə bu səbəbdən də yeni “Kollektiv İstehsalat Təsərrüfatı” təsis edilib. Yığıncaq iştirakçılarına məlumat verilib ki, beş təsisçinin təsis etdiyi təsərrüfat Qarabağlı, Kərimbəyli, Təzəkənd və Kolanı kəndlərini əhatə edir, 1000 hektar torpaq sahəsi var.(oxu.az)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə