Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vaqif Əsədov: “Bakıda polis maşınına ziyan vuran şəxs sürücü olmayıb”
Vaqif Əsədov: “Bakıda polis maşınına ziyan vuran şəxs sürücü olmayıb”
17 Fevral 2016 / 18:01 / Baxış sayı: 354
Font1 Font2 Font3 Font4

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DŞYPİ) İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov idarəyə məxsus BMW markalı avtomobilin Nərimanov rayonu ərazisində çəkiclə əzilməsi hadisəsinə münasibət bildirib. 

V.Əsədov “Report”a açıqlamasında deyib ki, həmin şəxs bəzi saytların yazdığı kimi hansısa avtomobilin sürücüsü yox, ərazidən keçən piyada – Şahin Bəylərov adlı şəxs olub: “Nərimanov rayonu ərazisində xidmət apararkən yol hərəkəti qaydasını kobud pozmuş sürücü saxlanılıb.

Onun sənədlərinin yoxlanılması və sənədləşdirilməsi zamanı həmin ərazidən keçən bir piyada qəflətən 99 YP 423 dövlət nömrə nişanlı polis avtomobilinin qabaq kapot hissəsinə, “i-potrol” sisteminə, işıq faralarına ard-arda zərbələr endirərək qaçmağa çalışıb. Həmin piyada, 1974-cü il təvəllüdlü Şahin Bəylərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda həmin şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində dindirilir, araşdırma aparılır. Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı avtomobilə çox ciddi ziyan dəyib”.

***
15:34

Bakıda sərxoş sürücü yol polisinin avtomobilinə hücum edib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün saat 14.15 radələrində yol polisi tərəfindən saxlanılan sürücü Şahin Mail oğlu Bəylərov çəkiclə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə maşına ciddi ziyan dəyib. Hadisəni törədən Ş. Bəylərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, hadisə şahidləri əvvəlcə yol polisi avtomobilinin qəzaya düşdüyünü ehtimal ediblər.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə