Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ankarada terror aktı: ölü və yaralılar var
Ankarada terror aktı: ölü və yaralılar var
18 Fevral 2016 / 9:02 / Baxış sayı: 362
Font1 Font2 Font3 Font4

Onlarla hərbçinin öldüyü partlayış anı müşahidə kamerasına düşüb.

8:50 / Terror aktını törədənin kimliyi araşdırılır

Son məlumatlara görə terror aktını törədənlərin kimliyi barədə araşdırmalar aparılır. ANS-in Ankaradakı xüsusi müxbiri Pərviz Sultansoy son məlumatları çatdırır.

Ankarada baş verən terror aktı 28 nəfərin həyatına son qoyub

8:10 / Türkiyədə vermiş terror hadisəsində yüksək rütbəli hərbçi də yaralanıb

Ötən gün Türkiyənin paytaxtı Ankarada baş vermiş terror hadisəsi vaxtı yaralananlar arasında yüksək rütbəli hərbçi də olub. ANS PRESS-in məlumatına görə bu barədə Türkiyə Baş Qərargahının rəsmi saytında məlumat yayılıb.

Baş qərargahın açıqlamasında yaralıların ümumi vəziyyəti barədə məlumat verilib. Bildirilib ki, terror hadisəsi nəticəsində yaralanan 61 yaralıdan 30 nəfəri ambulator müayinədən sonra evə buraxılıb. Digər 31 nəfərdən 8-nin müalicəsi “Gülhanə Hərbi Tibbi Akademiyası” (GATA), 23 nəfərin isə müalicəsi mülki xəstəxanalarda davam edir.

Həmçinin xəbərdə, terakt zamanı yaralanan general-mayor Reha Üfüq və həyat yoldaşının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

3:15 / Ölü sayının çoxalacağı istisna edilmir

Ankarada baş vermiş terror hadisəsində ölü sayı çoxalıb. ANS PRESS-in Türkiyə bürosunun verdiyi məlumata görə, terakt nəticəsində yaralananlardan daha biri dünyasını dəyişib. Bununla da terror nəticəsində ölənlərin sayı 29 olub. Yaralılardan bəzisinin vəziyyəti ağır olduğundan ölü sayının çoxalacağı istisna edilmir.

00:51 / Partlayış anı müşahidə kamerasında

Ankarada törədilmiş terror aktının baş verdiyi an videomüşahidə kameraları tərəfindən qeydə alınıb.

Son məlumatlara görə, 28 nəfər ölüb, 78 nəfər isə yaralanıb. Xəstəxanaya yerləşdirilən yaralılardan 10-nun vəziyyəti çox ağırdır.

00:10 / Ölənlərın sayı 28 nəfərə çatdı

Ankarada baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

ANS PRESS-in Türkiyə bürosunun verdiyi məlumata görə, hazırda xəstəxanaya yerləşdirilən yaralılardan 10 nəfərinin vəziyyəti çox ağır qiymətləndirilir.

Ona görə də ölənlərin sayının artacağı istisna edilmir. Yaralıların sayı isə 78 nəfərə çatıb.

23:08 / Ölənlərin sayı artdı: 21

Türkiyə səhiyyə naziri Müəzzinoğlu terror aktı zamanı yaralıların sayının artdığını bildirib.

Onun sözlərinə görə, 61 nəfər yaralıdan 14-ü xəstəxanaya yerləşdirilib.

Artıq ölənlərin sayının da 21 nəfərə çatdığı bildirilir.

22:41 / Ankaradakı partlayışda ölü sayı artdı

Ankara valisi Mehmet Kılıçlar bildirib ki, terror aktı nəticəsində ölənlərin sayı artıb.

O deyib ki, ilkin məlumatlara görə şiddətli partlayış nəticəsində 18 nəfər ölüb, 45 nəfər isə yaralanıb.

Terror aktı 3 maşının partladılması nəticəsində baş verib.

Ankarada terror aktı

Ankarada terror aktı

21:59 / Türkiyədə ikinci partlayış qorxusu

Ankarada ikinci partlayış qorxusu yaşanıb. ANS PRESS-in məlumatına görə, Daxili İşlər Nazirliyinin qarşısında şübhəli əşya aşkarlanıb.

Hadisə yerinə gələn bomba mütəxəssisləri şübhəli əşyanı zərərsizləşdiriblər. Sakinlər təşviş içərisindədir. Polis növbəti partlayışın ola bilmə ehtimalına görə əhalini ərazidən uzaqlaşdırıb.

Hakim Ədalət və İnkişaf partiyasının rəhbərinin köməkçisi Ömər Çelik bəyan edib ki, terror Ankarada alçaqlığını və xainliyini bir daha göstərdi.

Partlayışdan sonra

Partlayışdan sonra
Partlayışdan sonra

Partlayışdan sonra
Partlayan maşınlardan biri

Partlayan maşınlardan biri

21:32 / Partlayışa görə yayıma qadağa qoyuldu

Türkiyə hökuməti Ankaradakı partlayışla bağlı xəbərlərin yayımlanması ilə bağlı qadağa elan edib.

Bildirilir ki, qadağa aradan qaldırılan ana qədər hadisə barədə açıqlama verilməyəcək.

21:22 / Partlayışda ölü və yaralıların sayı artdı

Ankara valisi partlayışla bağlı açıqlama verib. ANS PRESS-in məlumatına görə, vali Mehmet Kılıçlar bildirib ki, partlayış hərbi maşın karvanında baş verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 5 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

“Partlayışın avtomobilə yerləşdirilmiş bombanın işə salınması nəticəsində baş verdiyi ehtimal edilir”, – Mehmet Kılıçlar

20:56 / Ankarada güclü partlayış, hadisə yerindən ilk görüntülər

Türkiyənin paytaxtı Ankarada güclü partlayış olub. ANS PRESS-in məlumatına görə, Türkiyə mətbuatı yazır ki, güclü partlayış hərbi şəhərcik yaxınlığında baş verib.

Bildirilir ki, partlayış hərbi maşın olduğu ərazidə baş verib. Ehtimal edilir ki, hərbi şəhərciyə hücum terror hadisəsidir. Çox sayda vətəndaşın yaralandığı qeyd olunur.

Hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının həkimləri yaralılara kömək edir.

Artıq Türkiyənin baş naziri Əhməd Davudoğlu partlayışla bağlı açıqlama verib. O bildirib ki, partlayışın səbəbləri araşdırılır.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə