Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərdoğan Bakı səfərini təxirə saldı
Ərdoğan Bakı səfərini təxirə saldı
17 Fevral 2016 / 23:55 / Baxış sayı: 198
Font1 Font2 Font3 Font4

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuşun açıqlamasına görə, terror aktında 28 nəfər həyatını itirib.

*   *   * 23:45

Virtualaz.org saytının əldə etdiyi qeyri-rəsmi məlumata görə, Ankaradakı terror hadisəsində ölənlərin sayı artıb.

Dəqiq rəqəm bildirilmir.

*   *   * 23:22

Virtualaz.org saytı “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ankaradakı terror aktı ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakıya planlaşdırılan səfəri təxirə salınıb.

*   *   * 23:02

Türkiyənin paytaxtı Ankarada bu gün fevralın 17-də axşam törədilən terror aktının hədəfi silahlı qüvvələrin Baş qərargahının yüksək rütbəli zabitlərini hərbi şəhərciyə daşıyan iki servis avtobusudur. Virtualaz.org Türkiyə telekanallarına istinadən xəbər verir ki, azı 25 nəfərin həlak olduğu, 78 nəfərin ağır yaralandığı dəhşətli terror hücumu nəticəsində hər iki avtobus tamamilə yanıb. Partlayış nəticəsində ətrafdakı maşınlara da ciddi ziyan dəyib. Terror aktı Ankaranın mərkəzində, Böyük Millət Məclisinin binasının təxminən 1 kilometrliyində baş verib.

Hərbçiləri daşıyan avtobuslar Dövlət Məhəlləsində hərbçilər üçün nəzərdə tutulmuş qapalı şəhərciyə gedirmiş. Ehtimal olunur ki, avtobusdakılar Baş qərargahın işdən sonra evlərinə gedən zabitləri olub. Ankara valisi Mehmet Kılıclar terror aktı nəticəsində azı 18 nəfərin həlak olduğunu təsdiqləyib, lakin ölənlərin kimliyi haqda məlumat verməyib. “Türk Silahlı Qüvvələrinin personalını daşıyan servis avtobuslarına İnönü Bulvarındakı yol qovşağında işıqfırda gözlədikləri vaxt alçaqcasına terror hücumu həyata keçirilib. Terror hücumunda həyatını itirən silah arkadaşlarımıza Allahdan rəhmət diləyirəm, yaralı qəhrəman silah və çalışma arkadaşlarımıza, ailələrinə səbr arzu edirəm”-vali bildirib.

Terror hücumu ilə bağlı baş nazir Əhməd Davudoğlu Brüsselə səfərini təxirə salıb. Prezident Rəcəb Tayyib Ərdoğanın isə sabah Bakıya səfəri nəzərdə tutulub. Hələlik Ərdoğanın səfərinin təxirə salındığına dair informasiya yoxdur.

“Reuters”ə açıqlama verən yüksək vəzifəli Türkiyə rəsmisi isə bildirib ki, terror hücumlarını PKK törədib. Bununla belə Türkiyənin cənub-şərqindəki təhlükəsizlik rəsmiləri terrorun İŞİD tərəfindən törədildiyini ehtimal etdiklərini deyiblər.

*   *   * 23:02

Son məlumatlara görə, Ankaradakı terror aktı nəticəsində ölənlərin sayı 25-ə çatıb. Daha 45 nəfər yaralanıb.

*   *   * 22:45

Ankarada törədilmiş terror aktının baş verdiyi an videomüşahidə kameraları tərəfindən qeydə alınıb.

*    *    * 22:37

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Ankaradakı partlayışların nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, 45 yaralı var.

Hadisə ilə bağlı rəsmi xəbərlərin yayımlanmasına hökumətin qoyduğu qadağa davam eidr.

*   *   * 22:23

Virtualaz.org “Habertürk”ə istinadən xəbər verir ki, Ankaradakı partlayışlardan sonra Türkiyə hökuməti təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırıb.

*   *   * 21:47

Türkiyənin baş naziri Əhməd Davudoğlunun Ankarada baş vermiş hadisə ilə əlaqədar olaraq, Brüsselə sabahkı səfərinin təxirə salındığı bildirilir.

*  *  * 21:33

Bəzi mənbələrə görə, Ankarada partlayışlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Rəsmi məlumatların yayımlanmasına hökumət tərəfindən qoyulan qadağa davam edir.

*   *   *21:23

Türkiyə hökuməti partlayışla bağlı xəbərlərə yayın qadağası elan etdi.

Qadağa aradan qaldırılan ana qədər hadisə barədə açıqlama verilməyəcəyi bildirilib.

*   *   *21:13

Ankara valiliyindən verilən açıqlamaya görə, ilkin məlumatlara əsasən, hadisə nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

*   *   *21:10

Son məlumatlara görə, Çankayada hərbçilərin yataqxanasının yaxınlığında iki avtomobil partladılıb.

Çoxlu sayda yaralıların olduğu bildirilir.

Hələlik hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

*   *   *20:58

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 20:30-da Ankarada dalbadal iki partlayış baş verib.

Məlumatlara əsasən, partlayışlar Çankaya səmtində, Türkiyə parlamentinin yerləşdiyi əraziyə yaxın yerdə qeydə alınıb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə