Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qanun bir söz deyir, yol polisi başqa söz – Biabırçılıq – FOTOLAR
Qanun bir söz deyir, yol polisi başqa söz – Biabırçılıq – FOTOLAR
18 Fevral 2016 / 13:16 / Baxış sayı: 580
Font1 Font2 Font3 Font4
Avtomobili addan-ada keçirərkən sürücüləri nömrəni dəyişməyə məcbur edirlər

Şəki şəhəri, Çexov küçəsi, ev 38 ünvanında yaşayan Çərkəzov Tural Fərman oğlu daxili işlər naziri, general-polkovnik Ramil Usubova və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general mayor Ramiz Zeynalova müraciət edib. Avtosfer.az-ın məlumatına görə, Tural Çərkəzov müraciətində bildirib ki, Rəcəbov Elvin Azər oğlu ona verilmiş hüquqları əsas tutaraq özünə məxsus avtomobili dövlət qeydiyyat nişanının saxlanılması şərti ilə Çərkəzov Tural Fərman oğlunun adına rəsmiləşdirmək istəyir. Avtomobilin texniki pasportundan görünür ki, avtomobilin sahibi Şəki şəhər sakinidir. Bu səbəbdən də avtomobili dövlət qeydiyyatına alarkən ona 99-GB-511 saylı dövlət qeydiyyat nişanı verilib.

Qeyd etmək istəyirik ki, buna Elvin Rəcəbov (satan şəxs) və Tural Çərkəzov (alan şəxs) razıdır.

“Yol hərəkəti haqqında” qanunun 29-cu maddəsinin III bəndinə əsasən, Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir.

Lakin Şəki regional imtahan-qeydiyyat və texniki baxış şöbəsinə etdiyimiz şifahi müraciətimizdə,icazə verilmədiyindən bu prosesin qeyri-mümkün olduğu bildirilib. Buna görə, T.Çərkəzov xahiş edir ki, dövlət qeydiyyat nişanının saxlanılması şərti ilə nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin mümkünlüyü barədə qanuna müvafiq müddətdə rəsmi məlumat verilsin

17 fevral 2016-cı il tarixdə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən rəis müavini, polkovnik Mübariz Şahbazovun imzası ilə vətəndaşa göndərilən 05 fevral 2016-cı il tarixli cavab məktubunda ərazi üzrə DİN Baş Dövlət Yol Polisi İdarəsinin Şəki Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsində Şəki rayon sakininin adına dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinə “55” kodlu dövlət qeydiyyat nişanlarının verilməsi nəzərdə tutulduğu bildirilib. Halbuki “Yol hərəkəti haqqında” qanunun 29-cu maddəsinin III bəndinə əsasən bu mümkündür.

Avtosfer.az bildirir ki, son vaxtlar bu qəbildən olan narazılıqların sayı artıb. Bunun səbəbi isə ötən ilin sentyabrında rayon qeydiyyatında olan avtomobillərin Bakıya buraxılmasında məhdudiyyətin tətbiq edilməsi ilə izah olunur. Lakin bütün hallarda qanun alidir və onun tələbi icra olunmalıdır. Milli Məclisin qəbul etdiyi, Prezidentin imzalayıb təsdiqlədiyi qanuna bu qədər sayğısız yanaşmaq doğru deyil…

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə