Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Davudoğlu terrorçunun adını çəkdi
Davudoğlu terrorçunun adını çəkdi
18 Fevral 2016 / 13:17 / Baxış sayı: 422
Font1 Font2 Font3 Font4

Türkiyənin baş naziri Əhməd Davudoğlu fevralın 17-də axşam paytaxt Ankarada baş vermiş terror aktını hansı qüvvənin törətdiyini açıqlayıb. Virtualaz.org xəbər verir ki, bu gün Silahlı Qüvvələrin Baş Qərargahını ziyarət edən Ə.Davudoğlu terroru Suriyadakı kürd terror qruplaşması PYD-nin və onun silahlı qanadı YPG-nin üzvü, Haseke bölgəsindən olan Salih Necar adlı şəxsin törətdiyini bildirib.

Baş nazir deyib ki, S.Necara Türkiyə daxilindəki PKK-çılar kömək edib. Ə.Davudoğlu bütün terrorçuların yaxalanaraq cəzalandırılacağını söyləyib. O, artıq bu işlə əlaqədar 9 nəfərin tutulduğunu açıqlayıb.

Ə.Davudoğlu PYD və onun silahlı qolu YPG-nin terror təşkilatı olması ilə bağlı sübutları başqa dövlətlərə təqdim edəcəklərini və onlardan konkret mövqe tələb edəcəklərini vurğulayıb.

*   *   *07:24

Türkiyənin kütləvi informasiya vasitələrində dünən axşam Ankarada dəhşətli terror aktını törətmiş şəxsin kimliyi açıqlanıb.

Virtualaz.org «Vatan» qəzetinə istinadən xəbər verir ki, partlayıcı vasitələrlə dolu avtomobilin sükanı arxasında PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-nin silahlı dəstələri — YPG-nin üzvü, Suriya vətəndaşı Salih Necar olub.

Avtomobildə özünü partlatmış və 28 nəfərin ölümünə, 60-dan çox insanın yaralanmasına səbəb olan şəxsin kimliyi hadisə yerindən tapılan cəsəd fraqmentlərinin analizi və barmaq izləri ilə müəyyənləşdirilib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə