Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Devalvasiya Tağı Əhmədovun milyonlarını “vurdu”
Devalvasiya Tağı Əhmədovun milyonlarını “vurdu”
18 Fevral 2016 / 16:20 / Baxış sayı: 1526
Font1 Font2 Font3 Font4

21 dekabr devalvasiyasından sonra ciddi maliyyə böhranı yaşayan banklara Azərbaycanın üzdə olan tanınmış adamlarının da böyük məbləğlərdə vəsait yatırdığı barədə məlumatlar yayılmaqdadır. 

Bakı Metropolitenin sabiq rəisi, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının hazırki sədri Tağı Əhmədovun da adı həmin tanınmışlar siyahısında var. Etibarlı mənbələrdən Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun bir neçə milyon manat vəsaiti bu günlərdə bağlanan banklardan birində batıb.

Bizə çatan dəqiq xəbərə görə, o, Azərbaycanda problemlə üzləşən bankların birinə vaxtı ilə küllü miqdarda əmanət yatırıbmış. Lakin ötən ilin 21 dekabrında manatın devalvasiyaya uğraması nəticəsində bir çox banklarda ciddi problemlər yarandığı üçün həmin kommersiya müəssisələri əmanətçilərin vəsaitləri geri qaytara bilməyib. Tağı Əhmədov da bankdan əmanətini geri istəyib, amma bu, alınmayıb. Nəticədə sabiq rəisin külli miqdarda əmanəti bankda batıb.

Məsələylə bağlı Tağı Əhmədovun özündən münasibət öyrənilməyə çalışısada, o, zəngə cavab versə də, mediadan olduğunu biləndən sonra telefonu söndürüb. Xanımı Salatın Əhmədova isə suallarımızı səbrlə dinlədi, amma cavab verməkdən imtina etdi. (modern.az)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə