Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

13 milyon manatlıq müəmma: böyük pay verilən şübhəli şirkət!
13 milyon manatlıq müəmma: böyük pay verilən şübhəli şirkət!
18 Fevral 2016 / 17:53 / Baxış sayı: 296
Font1 Font2 Font3 Font4

Səhiyyə Nazirliyi 2015-ci ildə müxtəlif dövlət proqramlarının həyata keçirilməsi üçün dərman, vaksin və preparatlar, diaqnostika, dezinfeksiya vasitələrinin alınmasına 88 milyon 142,7 min manat xərcləyib. Bu qədər vəsait isə beş şirkət arasında bölüşdürülüb.

Qaynar.info-nun məlumatına görə, həmin şirkətlərdən birinin hüquqi qeydiyyatı barədə hər hansı məlumat öyrənmək mümkün deyil. Söhbət “FRESENİUS GENERAL TRADİNG LLC”dən gedir. Bu şirkətin Azərbaycanda, yoxsa xarici ölkələrin birində və kim(lər) tərəfindən təsis edildiyi qaranlıq olaraq qalır.

Qeyd edək ki, Oqtay Şirəliyevin nazirliyi xroniki böyrək çatışmazlığı üzrə dərman və tibbi təyinatlı vasitələrin satın alınması üçün “FRESENİUS GENERAL TRADİNG LLC”yə 13 milyon 112 min manat vəsait ayırıb.

Bu qədər yüksək məbləğdə bir satınalmanın həvalə edildiyi şirkət barədə internet resurslarında hər hansı hüquqi bilgilərə rastlanmaması təəccüb və şübhələr doğurur.

Maraq üçün deyək ki, digər 4 payçı şirkət aşağıdakılardır: “AvroMed Company” – 32,6 milyon manat, “Pharmex Healthcare Products LTD” Britaniya şirkəti – 29,9 milyon manat və “Osteosintez-Bakı ETİB” – 3 milyon 570 min manat.  Qeyd edək ki, bu mövzu ilə bağlı yazıda adları keçən tərəflərcavab haqqı tanımağa hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə