Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İtən məktəblilər tapıldı – Yenilənib
İtən məktəblilər tapıldı – Yenilənib
18 Fevral 2016 / 19:15 / Baxış sayı: 508
Font1 Font2 Font3 Font4

Dünən məktəbdən çıxdıqdan sonra itən 2 məktəbli tapılıb.

AzNews.az xəbər verir ki, jurnalist Əzizə İsmayılovanın məlumatına görə, uşaqların itən məktəblilərdən birinin – Şamil Babayevin nənəsinin evinə getdikləri məlum olub. Uşaqların vəziyyətinin yaxşı olduğu, hazırda Ş.Babayevin nənəsinin Hövsanda yerləşən evində olduğu bildirilir.

***
10:40

Bakıda iki məktəbli itib.

AzNews.az xəbər verir ki, bu barədə jurnalist Əzizə İsmayılova sosial şəbəkədə məmulat yayıb. Məlumata görə, Şamil Babayev və İsmayıl Səfiyev adlı məktəblilərin 11 yaşı var. 32 nömrəli məktəbdə təhsil alan oğlanlar sinif yoldaşıdırlar.

Bildirilir ki, uşaqlar fevralın 17-də məktəbdən çıxıblar (Nizami rayonu, Qara Qarayev metrosu yaxınlığında) və evə qayıtmayıblar. Şamilin anası Yekaterina Doroşenkonun sözlərinə görə, şahidlər oğlanları sonuncu dəfə Neftçilər metrosu yaxınlığında 2 nəfər özlərindən böyük oğlanla birlikdə görüblər.

Şamil göy şalvar, qara gödəkçə və ağ idman ayaqqabıları geyinib. İsmayıl isə göy şalvar, göy qolları olan tünd qırmızı gödəkçə və qəhvəyi ayaqqabılar geyinib.

“Biz polisə müraciət etmişik. Hazırda nəzarət kameralarından olan görüntülərə baxırıq”, – deyə İsmayılın anası Viktoriya Səfiyeva bildirib.

Oğlanları görən və ya onların harada olması barədə məlumatı olan hər kəsdən bu nömrələrə zəng vurmaları xahiş olunur:

(050) 527-11-80 Yekaterina Doroşenko, Şamil Babayevin anası
(055) 935-82-60 Viktoriya Səfiyeva, İsmayıl Səfiyevin anası



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə