Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səudiyyədən quru əməliyyatı açıqlaması
Səudiyyədən quru əməliyyatı açıqlaması
19 Fevral 2016 / 11:23 / Baxış sayı: 292
Font1 Font2 Font3 Font4

“Əməliyyat Əsədə yox, İŞİD-ə qarşı ola bilər”.Suriyada koalisiya qüvvələri

“Suriyada keçirilə biləcək quru əməliyyatı Bəşər Əsədə yox, İŞİD-ə qarşı olacaq”. ANS PRESS-in məlumatına görə, son günlər Suriyaya qarşı Səudiyyə Ərəbistanının Türkiyə ilə birlikdə quru əməliyyatlarına başlayacağı ilə bağlı iddialar gündəmi zəbt edib.  Bu ərəfədə Səudiyyədən yeni açıqlama gəlib. Ölkənin xarici işlər naziri Adil əl-Cübeyr ölkəsinin əməliyyatlarının terrorçulara qarşı ola biləcəyini deyib. 

“Əl Arabiya”nın məlumatına görə, Cübeyr deyib ki, Səudiyyə Ərəbistan koalisiyanın bir hissəsi olaraq İŞİD-ı  yox etmə məqsədilə Suriyaya xüsusi təyinatlılar göndərməyə hazır olduğunu  bildirib. “Yeganə vəzifə və önəm verdiyimiz məsələ hələlik quruda İŞİD-la mübarizə aparmaqdır”.

Onun sözlərinə görə, xüsusi tyəyinatlılar Suriyaya ancaq beynəlxalq koalisiya çərcivəsində girəcək. Tək tərəfli əməliyyatların keçirilməsi söhbət mövzusu deyil.

Səudiyyə Ərəbistanı İŞİD terror qruplaşmasına qarşı quruda döyüş əməliyyatına başlaya biləcəyi barədə Britaniyanın “The Guardian” qəzeti yazıb. Məlumata görə, bu məqsədlə Səudiyyə Ərəbistanı Suriyaya min beş yüz nəfər hərbiçisini göndərmək fikrindədir.

Qəzetin yazdığına görə, İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatları Səudiyyə Ərəbistanı Türkiyə ilə birgə keçirə bilər.

Nəşr qeyd edir ki, rəsmi Ər-Riyad və Ankara Suriya prezidentiBəşər Əsəd rejimini dəstəkləmirlər və Suriyada böhranın siyasi yolla nizama salına biləcəyinə inanmırlar. Daha əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karter də Səudiyyə Ərəbistanının Suriyada yerüstü əməliyyata başlamaq təşəbbüsünü müzakirə etməyə hazır olduğunu bildirib.

Artıq bir neçə ildir Yaxın Şərq ölkələrində, əsasən İraq və Suriyada bəşəriyyətə qarşı ağlasığmaz cinayətlər işləyərək dünyada islamafobiyanın yayılmasına səbəb olan İŞİD terror qruplaşması 1 ildən artıq müddətdir ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyanın apardığı əməliyyatlar nəticəsində öz gücünü itirməyə başlayıb.

Səudiyyə Ərəbistanı hərbçiləri



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə