Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nigar Köçərli Rüstəm Usubovla görüşdü – DİN-dən nə tələb olunur? Yenilənib
Nigar Köçərli Rüstəm Usubovla görüşdü – DİN-dən nə tələb olunur? Yenilənib
19 Fevral 2016 / 12:57 / Baxış sayı: 396
Font1 Font2 Font3 Font4

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli Baş Prokurorun birinci müavini Rüstəm Usubovla görüşüb. Bu barədə N.Köçərli özü məlumat verib.

O, qəbula atası ilə birlikdə getdiyini və Rüstəm Usubovdan 3 məsələyə diqqət yetirilməsini istədiyini vurğulayıb: “Rüstəm Usubov bildirdi ki, Baş Prokuror Zakir Qaralovun tapşırığı ilə bu görüşə təşəbbüs göstərib, bizim şikayətimizi dinləyəndən sonra Baş Prokurora məruzə etməlidir. Rüstəm Usubov Nəsimi RPİ-də baş verən hadisə, istintaq işin bağlanması ilə bağlı şikayətimi diqqətlə və təfərrüatı ilə, eləcə də xüsusi hörmətlə, səbrlə dinlədi.

Qısa olaraq tələblərimizi üç bənddə ifadə etmişik:

1. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev polis idarəsinin inzibati binasında etdiyi təhqirlərə görə cəzalandırılmalıdır.

2. DİN-in Mətbuat Xidmətinin yaydığı məlumatlarda “hansı səviyyəsinin yiyəsi” və digər təhqiramiz ifadələrə hüquqi qiymət verilməlidir. Bizə elə gəlir ki, nazirliyin rəsmi məlumatında işlədilən qeyri-etik ifadələr bizim vətandaş qürurumuza toxunub, bizi təhqir edib.

3. İstintaq işi ciddi nəzarətə götürülməlidir”.

***
10:12

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli Baş Prokurorluğa çağırılıb.

AzNews.az xəbər verir ki, bu barədə o, özü feysbuk səhifəsində məlumat verib. N.Köçərli bildirib ki, onu Baş prokurorun birinci müavini Rüstəm Usubov qəbul edəcək.

Xanım sahibkar qəbula atası ilə birlikdə getdiyini bildirib.

Qeyd edək ki, Nigar Köçərli “Əli və Nino”nun “Qanun” nəşriyyatdakı ofisindən oğurluq faktıyla bağlı işə baxılmadığı üçün Prezident İlham Əliyevə müraciət edib. Bununla əlaqədar N. Köçərli bir neçə gün öncə Nəsimi Rayon Polis İdarəsinə çağırılıb. İdarəyə gedən xanım sahibkar idarənin rəisi, polis-polkovniki Musa Musayev tərəfindən təhqir olunub, hədə-qorxuya məruz qalıb. N.Köçərli təhqir olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib və bu işi nəzarətə götürməsini xahiş edib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə