Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yağış, külək, sulu qar və qar – Sabahın havası
Yağış, külək, sulu qar və qar – Sabahın havası
19 Fevral 2016 / 13:21 / Baxış sayı: 234
Font1 Font2 Font3 Font4
Bakıda və Abşeron yarımadasında həftənin şənbə günü, fevralın 20-də arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, cənub-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam arabir güclənəcək. 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Azərbaycan rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gecə 10-15 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, fevralın 20-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər. Fevralın 21-i və 22-də meteoroloji amillərin normal sutkalıq gedişi əksər əhali üçün əlverişlidir.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə