Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda intihar edən 23 yaşlı qız hələ də dəfn edilməyib – YENİLƏNİB
Bakıda intihar edən 23 yaşlı qız hələ də dəfn edilməyib – YENİLƏNİB
19 Fevral 2016 / 15:20 / Baxış sayı: 384
Font1 Font2 Font3 Font4

Gənc qızın intiharı ilə bağlı məlumat toplamaq çətinləşib

Fevralın 15-dən 16-na keçən gecə Bakı şəhəri Xətai rayonu ərazisində intihar edən Moldova vətəndaşı, 23 yaşlı Quriya Qlofira hələ də dəfn edilməyib.

Özünü Məhəmməd Hadi küçəsindəki çoxmərtəbəli binadan atan gənc qızın meyiti Xətai rayon morqundadır. Ailəsi onu Moldovada dəfn etmək istəsə də, meyiti aparmağa maddi imkanları çatmır. Bu arada Q.Qlofiranın ailə üzvləri intiharla bağlı dindiriliblər. Onlar istintaqa ziddiyyətli ifadələr veriblər. Belə ki, yeni ailə həyatı quraraq Bakıya gələn və burada ərinin ailəsi, eləcə də digər qohumları ilə birgə yaşayan qızın bəzi qohumları onun evdə incidildiyini, bəziləri isə onun başqası ilə münasibətinin olduğunu iddia edib.

 

Fevralın 16-na keçən gecə Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli binadan özünü ataraq intihar edən 23 yaşlı moldovalı qız Quriya Qlofira barəsində geniş məlumat toplamaq mümkün deyil. Lent.az-ın əldə etdiyi məlumata görə, gənc qızın ailəsi qaraçı xalqına mənsub olduğundan və Azərbaycanda bu dil üzrə peşəkar tərcüməçilərin yox səviyyəsində olması səbəbindən olayın təfərrüatını və səbəbini öyrənmək qəlizləşib.

 

Artıq hüquq-mühafizə orqanları məsələ ilə bağlı Moldovanın Bakıdakı səfirliyinə müraciət edib.

Yeni ailə həyatı quraraq Bakıya gələn Q.Qlafiranın meyiti hələ ki, ailəsinə təhvil verilməyib. Onun Bakıda və ya Moldovada dəfn ediləcəyi də hələlik dəqiqləşməyib.

***
16 fevral

Bakıda Moldova vətəndaşı olan 23 yaşlı qızın intiharı ilə bağlı bəzi məqamlar aydınlaşıb.Lent.az-ın məlumatına görə, özünü çoxmərtəbəli binanın 5-ci mərtəbəsindən ataraq intihar edən Quriya Qlafira evli olub. Təxminən 1 il əvvəl moldovalı gənclə ailə quran Quriya ailəsi ilə Bakıya gəlib və Xətai rayonu ərazisində kirayə tutduqları mənzildə yaşamağa başlayıb.

Bildirilir ki, Q.Qlafiranın yaşadığı ailədə xeyli sıxlıq var imiş. Kirayə tutulan mənzildə gənc ailə ilə yanaşı Quriyanın qayınanası və bir neçə digər qohumları da yaşayırmış. Onlar Bakıda xırda ticarətlə, xüsusi ilə ətir alveri ilə məşğul olurmuş. Sözügedən ailə rus dilində bilmədiyindən olayla bağlı hələlik müfəssəl məlumat toplamaq mümkün olmayıb.Araşdırmalar davam etdirilir.

*****11:24

Bu gün Bakıda xarici ölkə vətəndaşı intihar edib. Lent.az xəbər verir ki, hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsi 29/44 ünvanında baş verib. Həmin ünvanda yerləşən 14 mərtəbəli binanın 5-ci mərtəbəsində kirayə yaşayan Moldova vətəndaşı, 1993-cü il təvəllüdlü Quriya Qlafira özünü eyvandan ataraq intihar edib.

O, hadisə yerində ölüb. Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə