Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda televiziya əməkdaşı yoxa çıxıb
Azərbaycanda televiziya əməkdaşı yoxa çıxıb
19 Fevral 2016 / 15:30 / Baxış sayı: 294
Font1 Font2 Font3 Font4

İtkin iki nəfər barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İtkin düşən şəxslər

Daxili İşlər Nazirliyi (DİN) iki nəfərin itkin düşməsi ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən xəbərə görə, 1996-cı il təvəllüdlü Mamedova Türkanə Raqub qızının yanvarın 11-də Bərdə şəhərində, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlunun isə 23 yanvar 2016-cı il tarixdə  Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmamaları barədə polisə məlumat daxil olub. Məlumatda qeyd olunur ki, T. Mamedova sonuncu dəfə paytaxt ərazisində görünüb.

İtkin düşmüş bu iki şəxsin xarakterik əlamətləri aşağıdakılardır: Türkanə Mamedovanın boyu 1 metr 62 santimetr, gözləri şabalıdı rəngdədir.

Rəşad Əliyevin boyu 1 metr 75 santimetr, gözlərinin rəngi qəhvəyidir. Türkanə Mamedovanı və Rəşad Əliyevi görənlərdən və ya itkin düşmüş bu iki şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in “102” Xidmətinə, həmçinin  (012) 590-96-29(012) 590-96-29, 590-95-31, 590-93-08 nömrəli şəhər,  (051) 920-59-12 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur.

Rəşad Əliyev İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə