Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ayaz Mütəllibov hərbi prokurora cavab verdi
Ayaz Mütəllibov hərbi prokurora cavab verdi
19 Fevral 2016 / 15:39 / Baxış sayı: 472
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatında Xocalı faciəsi ilə bağlı çıxış edib. Hərbi prokuror çıxış edərkən deyib ki, Ayaz Mütəllibov Xocalı faciəsinin baş verəcəyini əvvəlcədən bilirdi.

Azərbaycanın eks-prezidenti Ayaz Müətllibov modern.az-a açıqlamasında deyilənlərin həqiqətə uyğun olmadığını söyləyib: “Haqqımda deyilənlər həqiqətə uyğun deyil. Dəfələrlə bu məsələ ilə bağlı müsahibələrimdə öz açıqlamalarımı vermişəm. Xocalının ağır vəziyyətdə, Şuşanın mühasirədə olduğunu hamımız bilirdik. Bununla bağlı ölçü götürürdük. Amma hadisənin bu cür vəhşicəsinə törədiləcəyindən mənim xəbərim yox idi.

Ona görə də indi açıqlamanı bu formada cəmiyyətə çatdırmaq reallıqla bağlı deyil. Xocalı faciəsi böyük faciədir. Həmin dövrlərdə bizim Dağlıq Qarabağda, Xocalıda, Əsgəranda dayağımız, qoşunlarımız yox idi. Orada işləyə bilmirdik”.

Ayaz Mütəllibov fevralın 25-dən 26-na keçən gecə barədə baş verənlərdən necə xəbər tutması barədə də danışıb: “1992-ci il fevralın 25-i axşam saat 11-ə işləmiş milli təhlükəsizlik naziri İlhüseyn Hüseynov və daxili işlər naziri Tofiq Kərimov çox həyəcanlı vəziyyətdə yanıma gəldilər və “Xocalıda nə isə olub” dedilər. Dedim ki, siz nə baş verdiyini dəqiqləşdirin və mənə xəbər edin.

Yarım saatdan sonra onlar filan sayda adamın öldürülməsi xəbərini verdilər. Mən də onların yanında Dağlıq Qarabağ vilayətinin İcraiyyə Komitəsinin sədrinə zəng edib dedim ki, belə məlumat almışam. Bu nədir? Siz faşistsiniz?! Faşistlər belə vəhşilik etməyiblər”.

O dedi ki, yox elə deyil. Xocalıda adam qalmayıb. Qalan bir qismini birtəhər yerbəyer etmişik. Ərzaq qıtlığına baxmayaraq onlara çörək veririk. Dedim, “sən nə danışırsan, çörək nədir?! 600-700 adam öldürülüb”. Yenə cavabında “Bilirsiz, bu elə böyük şey deyil” deyəndə telefonda bir az da kobud danışdım. O vaxta qədər nə mən, nə MTN, nə də DİN Xocalıda öldürülən insanlar barədə məlumatlı olmuşuq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə