Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İsveçrə bankına 2 milyard dollar qoyub 100 milyon ziyana düşən oliqarxlar…
İsveçrə bankına 2 milyard dollar qoyub 100 milyon ziyana düşən oliqarxlar…
19 Fevral 2016 / 15:49 / Baxış sayı: 242
Font1 Font2 Font3 Font4

İsveçrənin məşhur “Credit Suisse” bankının adı açıqlanmayan  portfel meneceri banka 2 milyard dollar yatıran oliqarxları 100 milyon dollar ziyana salıb.

İsveçrə KİV-lərinə istinadən xəbər verir ki, həmin menecer yanvarın 19-da Cenervrədə həbs olunub və dələduzluqda ittiham edilir. Lakin nə bank, nə hüquq-mühafizə orqanları onun adını açıqlamır.

Məlumata görə menecer öz səlahiyyətlərini aşıb. O, müştərilərin pullarınından qeyri-adekvat həcmlərdə məbləği  onların özlərinə xəbər vermədən Amerikanın “Raptor” əczaçılıq şikətinin səhmlərinə yatırıb. Menecer ümid edirdi ki, firma yeni tibbi pereparata lisenziya alacaq və nəticədə onun səhmləri bahalaşacaq. Lakin bu baş verməyib və şirkətin səhmləri 40 faiz ucuzlaşıb. Nəticədə keçmiş sovet respublikalarından olan bir neçə oliqarx iri məbləğdə ziyana düşüb.

Bunlardan biri Gürcüstanın keçmiş baş naziri, oliqarx Bdzina İvanişvilidir. İvanişvili artıq menecerin onu ziyana salmasına görə bankı məhkəməyə verib. Rusiyadan olan daha iki oliqarxın da yaxın vaxtlarda məhkəməyə müraciət edəcəkləri gözlənilir. Onların kimliyi açıqlanmır.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə