Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərdoğan bu gün Obamaya zəng edəcək
Ərdoğan bu gün Obamaya zəng edəcək
19 Fevral 2016 / 18:07 / Baxış sayı: 424
Font1 Font2 Font3 Font4

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün amerikalı həmkarı Barak Obama ilə telefonda Suriyadakı kürd qruplaşması PYD və onun silahlı qanadı YPG ilə bağlı müzakirələr aparacaq.Virtualaz.org TRT Haber-ə istinadən bildirir ki, bu barədə Ərdoğan özü məlumat verib.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə prezidenti PYD-ni və onun silahlı qanadı YPG-ni terror təşkilatı kimi tanımayan ABŞ-ı növbəti dəfə tənqid etmişdi.Ərdoğan 20-ci muxtarlar toplantısında çıxışında bildirmişdi ki, PKK ilə PYD və YPG-nin bir fərqi yoxdur: “Amerikaya deyirik ki, bunlar terror təşkilatlarıdır, cavab verirlər ki, onları terror təşkilatı olaraq görmürük.

Ey Amerika, siz bizim tərəfimizdəsiniz, yoxsa PYD-nin, YPG-nin? Siz bu təşkilatları bizə tanıda bilməzsiniz. Biz bunları çox yaxşı bilirik. Amma bunların heç birini bu günə qədər tanıya bilməmisiniz. Ona görə də, bu gün bölgə qan içindədir. Bu necə ortaqlıqdır? Anlamaq mümkün deyil”.

Onu da xatırladaq ki, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi PYD və YPG-ni terror təşkilatı kimi tanımadıqlarını bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə