Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Biz YPG-yə inanırıq”
“Biz YPG-yə inanırıq”
20 Fevral 2016 / 14:51 / Baxış sayı: 362
Font1 Font2 Font3 Font4

ABŞ-ın türk nazirin açıqlamasına cavabı gecikmədi. ANS PRESS-in məlumatına görə, bu açıqlamanı ABŞDövlət Departamentinin sözçüsü Mark Toner verib. “Biz YPG-yə inanırıq”. 

O, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun “ABŞ dövlət katibi Con Kerrinin YPG-nin etibarsız olduğunu söyləməsindən məmnun olduq” açıqlamasına cavab olaraq bildirib. M.Toner PKK və YPG ilə bağlı düşüncələrində heç bir dəyişiklik olmadığını deyib. “PKK-nı terror təşkilatı, YPG-ni isə fərqli görürük”.

O, Türkiyənin mövqeyini də anladıqlarını deyib. M.Toner qeyd edib ki, türk rəsmilərin narahatlığı haqqında daima danışıqlar aparılır.

Departament rəsmisi Kerri və Çavuşoğlu arasındakı telefon danışığı barədə detallar açıqlamaqdan boyun qaçırıb. O, ancaq vurğulayıb ki, ABŞ-ın YPG və PYD haqqında siyasəti dəyişməyib. “Bu barədə dəfələrlə danışmışıq. Dəyişiklik yoxdur”.

Mark Toner - ABŞ Dövlət Departamentinin sözçüsü

Mark Toner – ABŞ Dövlət Departamentinin sözçüsü

ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, YPG Suriyanın şimalında savaşan və İŞİD qüvvələrinin geri çəkilməsinə səbəb olan qrupun bir hissəsi kimi yaxşı mütəffiqdir.  Araşdırmalarda onların İŞİD-la mübarizədən başqa bir işə meyilli olmadıqlarını müşahidə ediblər.

Ankarada terror aktı: ölü və yaralılar var

Keçirdiyi mətbuat konfransında israrla verilən “YGP-ye güvənirsinizmi?” sualına son cavabı isə daha qətiyyətli olub. “Əksi sübut edilənə kimi bəli”.

ABŞ-ın Dövlət Departamentinin sözçüsü Con Kirbi də bir neçə gün öncə PYD və YPG-ni terror təşkilatı kimi tanımadıqlarını bildirib. Con Kirbi Birləşmiş Ştatların bu birləşməyə dəstək verməkdə davam edəcəyini bəyan edib. “Türkiyənin YPG ilə bağlı narahatlğını başa düşürük. Ancaq YPG İŞİD-lə mübarizədə ən güclü qruplardan biridir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı kürd qruplaşması PYD-ni və onun silahlı qanadı YPG-ni terror təşkilatı kimi tanımayan ABŞ-ı tənqid edib.

Ərdoğan ABŞ-ı sərt tənqid etdi: Ya bizimləsiniz, ya da…

Ankarada 28 nəfərin ölümünə səbəb olan terror hadisəsi fevral ayının 17-də axşam saatlarında törədilib.  İçərisində hərbçilərin olduğu avtobusun partlaması nəticəsində ölənlərin 20-i yüksək rütbəli hərbçilər olub.

Terror aktından sonra açıqlama verən Türkiyə baş naziri Əhməd Davudoğlu hadisəni Suriyadan olan gəncin törətdiyini, onun YPG ilə əlaqəsinin olduğunu deyib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə