Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Arif Quliyevin teatrı bağlandı: “Pulumuz yoxdur, bir çayı 2 həftə içirik”
Arif Quliyevin teatrı bağlandı: “Pulumuz yoxdur, bir çayı 2 həftə içirik”
20 Fevral 2016 / 15:02 / Baxış sayı: 1796
Font1 Font2 Font3 Font4

Arif Quliyevin teatrı bağlandı: Xalq artisti, gülüş ustası Arif Quliyevin rəhbərlik etdiyi teatr fəaliyyətini dayandırıb. Bu barədə aznews.az-a A.Quliyev özü məlumat verib.

Bildirib ki, “Satira” teatrı maliyyə azlığı səbəbindən işləmir: “Pul yoxdur. Əgər maliyyə olsa, harasa konsert verməyə gedərik. Aktyorlar bütün günü mürgü vurur. Hər gün teatra gəlib-gedirlər. Teatrda yeganə işimiz çay dəmləməkdir. Bir gün dəmləyib 5 gün onu içirik. Növbəti həftə isə üstünə su alıb təkrar içirik. Daha nə edək? Pul yoxdur, heç kim başqasına əl tutmur. Kimin qapısını döymək olar ki, mənə çay pulu ver? Daha o vaxtlar getdi”.

Aktyor hazırda heç bir rol ifa etmədiyini deyib: “İşləmirəm. Əvvəllər oynadığım rolları da başqa aktyorlara həvalə ediblər. Dəvətlər olur, ancaq onlar da yox kimi bir şeydir. Bir iki filmə də dəvət aldım, sonra onlardan da bir səs-səmir çıxmadı”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə