Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya-Türkiyə müharibəsi riski ilə bağlı – Kremldən açıqlama
Rusiya-Türkiyə müharibəsi riski ilə bağlı – Kremldən açıqlama
20 Fevral 2016 / 17:46 / Baxış sayı: 2012
Font1 Font2 Font3 Font4

“Fransa prezidentinin Rusiya ilə Türkiyə arasında müharibə ola biləcəyi ilə bağlı açıqlaması düzgün deyil”. Bunu Rusiya dövlət başçısının mətbuat xidməti Dmitri Peskov deyib. Peskov Fransua Ollandın “Türkiyə və Rusiya arasında müharibə riski mövcuddur. Müəyyən eskalasiya var” açıqlamasını şərh edib. “Türkiyə və Rusiya arasında savaşın olma riski ilə bağlı ifadələr yersizdir”.

Brifinq keçirən Peskov problemin bu şəkildə işıqlandırılmasını doğru hesab etmədiklərini açıqlayıb. O deyib ki, Suriyanın şimalındakı kürdlər ilə yanaşı, ölkənin ordu qüvvələri də Türkiyə tərəfindən açılan atəşə məruz qalır. “Rusiya olaraq Türkiyənin bu cür davranışlarının qəbuledilməz olduğunu dilə gətirdiyimizi xatırlatmaq istəyirəm”.

“France Inter” radiostansiyasının efirində açıqlama verən Olland qeyd edib ki, münaqişənin eskalasiyalarının böyüməməsi üçün bunun qarşısını almaqdan ötrü hər şey etmək lazımdır. Fransa prezidenti həmçinin vurğulayıb ki, danışıqlar yenilənməli, bombalamalar dayandırılmalı, humanitar yardım köməyi gəlməlidir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə