Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mərkəzdə “özünə xəsarət yetirən” dələduz yalan danışıb – RƏSMİ
Mərkəzdə “özünə xəsarət yetirən” dələduz yalan danışıb – RƏSMİ
19 Fevral 2016 / 23:56 / Baxış sayı: 540
Font1 Font2 Font3 Font4

Ötən gün Neftçalada vətəndaşla ƏƏSMM-nin rəhbəri arasında insident yaşanması ilə bağlı bəzi mətbu orqanlarda məlumat yayılmışdı.

Xəbərdə qeyd olunurdu ki, guya Neftçala rayon sakini Abıyev Elçin Mirzəli oğlu rayonun Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Zaur Kərimovun otağında özünə bıçaqla xəsarət yetirib. Qısa araşdırmalar zamanı bəlli olub ki, əslində hadisə fərqli formada baş verib və Elşin Abıyev mətbuata yalan məlumat verib.

arxiv.bizimxeber.az-a hadisə ilə bağlı açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Zaur Kərimov bildirib ki, Elçin Abıyevin verdiyi açıqlamalar ümumiyyətlə kökündən yalandır və Abıyev bunu özünü müdafiə etmək üçün edib: “Hadisə Mərkəzə müraciət üçün gələn vətəndaşların gözü qarşısında baş verib. O, özünə deyil, mənə xəsarət yetirmək istəyirdi. Sadəcə vətədaşların madaxiləsi nəticəsində bıcaq əlindən alındı. Onun harda özünə xəsarət yetirməsini nə görən olub nə də Mərkəzdə belə bir hadisə baş verib”.

Kərimov bildirib ki, bu Elçin Abıyevin ilk cinayət əməli deyil. O, bundan əvvəl də cinayət məsuliyyətinə cəlb olunub: “Otaqda bıçaqla üstümə hücum etdi. Bıçağı əlindən aldıq. Abıyevi bir rayon sakini kimi tanıyıram. Vətəndaşlardan pul alaraq sosial yardım düzəldəcəyinə söz verib.

Onun söz verdiyi vətəndaşlar isə yardım üçün bir müddət əvvəl müraciət edib və mən də sizə yardım düşmür cavabını vermişəm. Çünki qanunla bu vətəndaşlara sosial yardım düşmür. İndi isə adamların pullarını qaytara bilmir və belə yollara əl ataraq sudan quru çıxmaga çalışır.

Bi sözlə, bu şəxs vətəndaşları aldadaraq onlardan pul alıb. İndi də bu adamlar pullarını geri istəyirlər. Onun dedikləri bohtan və şantajdır. Umumiyyətlə, Neftçala rayonunda kimdənsə pul alıb yardım düzəltmək söhbəti kökündən yalnışdır. Tam şəffav şəkildə vətəndaşların müraciətləri araşdırılır. Heç kimə fərq qoyulmadan dürüstluk prinsipləri əsas götürülür, ailə vəziyyəti, yaşayış durumu yoxlanılır. Əgər qanunla yardım düşürsə verilir, əks təqdirdə vətəndaşa səbəblər açıqlanır. Bir daha bəyan edirəm ki, Elçin Abıyevin dedikləri, şantaj, böhtan və özünümüdafiədən başqa bir şey deyil…”

Mərkəz direktoru həmçinin əlavə edib ki, hadisənin araşdırılması və Elçin Abıyevin əməllərinə hüquqi qiymət verilməsi üçün Neftçala rayon Polis Şöbəsinə müraciət etmişəm və artıq araşdırmalar başlanıb. 

Rayon RPŞ-dan verilən cavabda qeyd olunur ki, Neftçala  şəhər sakini Abbasova Gülqədəm Cavad qızının 12.02.2015-ci il tarixli şikayəti və Sizin mərkəzdə Elçin Abıyev barəsində tərtib edilmiş 15.02.2016-ci il tarixli akt əsasında Neftçala RPŞ-nın istintaq qrupunda ilkin araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə