Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə yeni təhlükəsizlik konsepsiyası hazırlayacaq
Türkiyə yeni təhlükəsizlik konsepsiyası hazırlayacaq
20 Fevral 2016 / 23:41 / Baxış sayı: 530
Font1 Font2 Font3 Font4

Türkiyə hökuməti fevralın 17-də Ankarada törədilən terror aktından sonra  yeni təhlükəsizlik konsepsiyasının hazırlanmasına başlayıb. Bu barədə hökumət müşavirəsindən sonra jurnalistlərə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

“Biz paytaxtda təhlükəsizliyin təmin olunması konsepsiyasının hazırlanmasına başlayacağıq. Heyət gücləndiriləcək, avadanlıqlar yenilənəcək. Paytaxtın mühafizəsinin gücləndirilməsi  prioritet vəzifə  olacaq. Həmçinin şəhərdən keçən bütün magistral yolların  təhlükəsizliyi də gücləndiriləcək. Bəzi əyalətlərdə əlavə təhlükəsizlik tədbirləri görüləcək”, deyə Davudoğlu qeyd edib.

Xatırladaq ki, fevralın 17-də Ankarada törədilən terror aktı nəticəsində 28 nəfər ölüb, 81 nəfər yaralanıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə