Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərsun”un işçisinə silahlı basqın edilib
“Azərsun”un işçisinə silahlı basqın edilib
20 Fevral 2016 / 23:42 / Baxış sayı: 338
Font1 Font2 Font3 Font4

Dünən günorta saatlarında Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində Saatlı rayonundakı mağazalardan satış pulunu götürərək geri qayıdan «Azərsun» şirkətinin İmişlidəki ofisinin əməkdaşının idarə etdiyi VAZ-2107 markalı avtomaşına silahlı basqın edilib.

Virtualaz.org saytının bölgə müxbiri xəbər verir ki, şirkət işçisinin idarə etdiyi avtomobili saxlatdıraraq qarət etmək istəyən basqınçılar buna nail ola bilmədikdə həmin maşını izləməyə başlayıblar.

Lakin bunun da nəticə vermədiyini gördükdə, yanaşı sürərərk sürücü-ekspeditora tüfəngdən atəş açıblar. Sürücü yaralansa da, avtomaşını dayandırmadığından niyyətlərini həyata keçirə bilməyən cinayətkarlar ələ keçməkdən qorxaraq hadisə yerindən uzaqlaşıblar.

Hal-hazırda Saatlı və ətraf rayonların polisi basqınçıların istifadə etdikləri VAZ-2107 avtomobilinin və cinayəti törədənlərin axtarışlarına başlayıblar. Xəsarət almış «Azərsun» şirkətinin əməkdaşı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Virtualaz.org-un məlumatına görə, hadisə zamanı şirkət işçisi maşında tək olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə