Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kondisioner ustası polis maşınını niyə çəkiclədi? – SƏBƏB
Kondisioner ustası polis maşınını niyə çəkiclədi? – SƏBƏB
20 Fevral 2016 / 23:44 / Baxış sayı: 402
Font1 Font2 Font3 Font4

Bəylərovun atasının da psixi problemləri olub.Bir neçə gün öncə Bakıda yol polisinin avtomobilinin hansı səbəbdən çəkicləndiyi məlum olub.Böyükşor qəsəbəsində yaşayan Şahin Bəylərov oğlunu idman dərsinə aparandan sonra həmin ərazidə piyada qayıdırmış. 

Bu zaman yol kənarında dayanan yol polisi maşınını görüb. Özünə məxsus avtomobilin cəriməsi ilə bağlı polis əməkdaşından məlumat almaq istəyib. Yol polislərinə “Sizin maşında kompüter var, bazaya girib ona baxaq” deyə xahiş edib. Həmin an digər sürücüyə protokol yazan polis əməkdaşı bundan imtina edib.

O, eyni istəyi təkrar etdikdə yol polisi ona kobud şəkildə cavab verib. Bu zaman Ş. Bəylərov əsəbiləşərək avtomobili və üzərində quraşdırılmış xüsusi aparatı sındırıb.

Ş.Bəylərovun atasının da psixi problemləri olub, bir neçə il öncə itkin düşüb və hələ də tapılmayıb. Şahin Bəylərov isə bundan öncə məhkumluq həyatı yaşayıb. Adam öldürdüyü üçün 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisəni törədən Bəylərov Şahin Mail oğlu 1974-cü ildə Laçın rayonunda anadan olub və Nərimanov rayonu Montin qəsəbəsi, Daş karxanası deyilən ərazidə yaşayırmış. Bakıda kondisioner ustalığı ilə məşğul olan 42 yaşlı Şahinin hansı səbəbdən üstündə çəkic gəzdirməsinə gəlincə, məlum olub ki, o, şərq idman növləri ilə məşğul olurmuş və məşqlərdə müəyyən fəndləri yerinə yetirmək üçün bu alətdən istifadə edirmiş.

Qeyd edək ki, bu gün Nərimanov rayon məhkəməsinin qərarı ilə Şahin Bəylərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə