Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda bizi qumara belə dəvət edirlər – VİDEO
Bakıda bizi qumara belə dəvət edirlər – VİDEO
20 Fevral 2016 / 23:47 / Baxış sayı: 316
Font1 Font2 Font3 Font4

“Maraqlı və gəlirli vaxt keçirmək istəyirsinizsə…”

Bu ilin əvvəlindən etibarən paytaxt Bakıda və bölgələrdə sürətlə qumarxanalar açılmağa başlayıb. Loto – qumar oynanılan bu məkanlara Bakının demək olar ki, bütün rayonlarında rast gəlinir. 

arxiv.bizimxeber.az xəbər verir ki, Bakının Yasamal, Xətai, Nizami, Nəsimi, Sabunçu, Xəzər, Nərimanov və bir neçə rayonlarında qısa zaman ərzində açılan bu qumarxanalar şəbəkə şəklində fəaliyyət göstərirlər.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci bəndinə əsasən, qumarxana təşkil etmə və saxlamaya görə 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Lakin görünən budur ki, bu qadağaya əməl edən yoxdur. Əks halda şəhərin mərkəzi küçələrində, gecə saatlarınadək kimlər cəsarət edib qumarxana işlədərdi?

Loto-qumarxanaların hamısında oyun qaydaları eynidir. Bu məkanlarda işləyənlərin ara-sıra yer dəyişdirdiyini də müşahidə etmək mümkündür. Sadəcə çayın pulsuz olduğu məkanlarda 3 kartın qiyməti 2 manatdır. Ay ərzində qumarxanalardan qazanılan məbləğ yüz minlərlə manat civarında olur.

Yeni açılan məkanlardan biri də Nizami rayonu ərazisində “Neftçilər” metrostansiyasının çıxışındadır. Yuxarıda da qeyd etdiyimiz kimi, məkanların hamısında oyun qaydaları, obyektlərin dizaynı eynidir.

Bu məkanı digərlərindən fərqləndirən və əsas diqqətimizi çəkən məqam isə, obyektin qarşısında səsgücləndiricilər vasitəsi ilə yoldan keçənlərin “Maraqlı və gəlirli vaxt keçirmək istəyirsinizsə, bizim “Elit loto” kluba buyurun. Yüksək uduşlar əldə etmək istəyirsinizsə, bizim Elit loto kluba buyurun” qumara dəvət edilməsidir.

Bu cür reklam növü ölkədə sürətlə geniş büsət alan qumarxana şəbəkəsini idarə edənlərin yeniliklərindən biridir. Məkanın digər özəlliyi isə, uduşda məişət əşyalarının da olmasıdır.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə