Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Oğuzun 116 yaşlı sakini nələr arzuladı…
Oğuzun 116 yaşlı sakini nələr arzuladı…
21 Fevral 2016 / 21:05 / Baxış sayı: 650
Font1 Font2 Font3 Font4

Xahiş edirəm, mənim adımdan xalqımıza belə firavan həyatı bəxş etdiyi üçün hörmətli prezidentimizə salamlarımı və dualarımı çatdırasınız. Mən prezidentimiz İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya ən azı mənim qədər yaşamağı arzu edirəm. 

Bu sözləri Oğuz rayonunun Astraxanovka kəndinin 116 yaşlı sakini Zeynəb nənə onun ad gününü təbrik etməyə gəlmiş 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə deputat, Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı ilə görüşündə söyləyib.

Zeynəb nənə sürdüyü həyat yolunda çox əzab-əziyyətlər gördüyünü, lakin ümummilli lider Heydər Əliyevin hakimiyyətə gələrək müstəqil Azərbaycan dövlətini yenidən qurduqdan sonra çəkdiyi bütün acıları unutduğunu bildirib. Yaşının çox olmasına baxmayaraq hər gün mətbuatı izləyən, müasir dünyada baş verən proseslər haqqında öz fikirlərini bölüşən Zeynəb nənə deyib: “Özünüz də görürsünüz ki, Azərbaycan dünyada ən sabit ölkələrdən biridir-iqtisadiyyatı güclü, ordusu güclü, siyasəti müstəqil. Bunlar hamısı çox böyük zəhmətlə əldə olunub. Qoruyun bu dövləti. Belə bir rahat həyat indiyədək heç bir dövlətə qismət olmayıb”.

Zeynəb nənənin səhhəti, sosial vəziyyəti ilə maraqlanan deputat onun uzun həyat təcrübəsinə əsaslanaraq cəmiyyətimiz, dövlətimiz barədə söylədiyi fikirləri və tövsiyələri el ağbirçəyinin dilindən eşitməyin xoş olduğunu bildirib.

Sonda Aqiyə Naxçıvanlı Zeynəb nənəyə öz hədiyyələrini təqdim edib, daha da gümrah olması üçün onun sağlamlığını daim nəzarətdə saxlayacağına söz verib.(AzərTAc)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə