Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səbail rayonu 6 saylı məktəb kollektivi bəyanat yaydı
Səbail rayonu 6 saylı məktəb kollektivi bəyanat yaydı
22 Fevral 2016 / 11:47 / Baxış sayı: 1622
Font1 Font2 Font3 Font4

Səbail rayonu 6 saylı məktəb-liseyin kollektivi Azərbaycan Respublikasının Prezidenti, görkəmli dövlət xadimi, məktəbin məzunu İlham Əliyevin fəaliyyətini dərindən öyrənmək və təbliğ etməyə çağırmışdır.

Məktəbin direktoru, əməkdar müəllim Gülşən Orucova bu sözləri Səbail Rayon İcra Hakimiyyətində keçirilən 2015-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağındakı çıxışında səsləndirmişdir. O, qeyd etmişdir ki, məktəb kollektivi fəxr edir ki, bu gün dünyanın ən nüfuzlu siyasi xadimlərindən olan İlham Əliyev məhz bu məktəbin məzunudur. Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirmiş, böyük iqtisadi uğurlara imza atılmışdır. Bütün bunlar cənab İlham Əliyevin xüsusi istedada malik, dahi siyasi xadim olduğunu br daha sübüt edir.

Bu gün məktəbdə təhsil alan şagirdlər ölkə başçısının həyat yolu ilə yaxından maraqlanır, onun daha dərindən öyrənilməsinə ehtiyac olduğunu bildirirlər. Məktəb kollektivinin xahişi ilə bu dahi şəxsiyyətin fəaliyyətinin dərindən öyrənilməsi məqsədi ilə «İlham Əliyev və Azərbaycan – inkişaf və perspektivlər» mövzusunda elmi-praktiki konfrans keçirilməsi ilə bağlı hazırlıq işlərinə başlanmışdır. Məktəb kollektivi Səbail rayonunun digər təhsil müəssisələrinin kollektivlərini də bu təşəbbüsə qoşulmağa çağırmış və Səbail Rayon İcra Hakimiyyətini də bu işlərdə onlara dəstək olmağı xahiş etmişdir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə