Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mikayıl Cabbarovdan qalmaqallı test açıqlaması – VİDEO
Mikayıl Cabbarovdan qalmaqallı test açıqlaması – VİDEO
22 Fevral 2016 / 12:15 / Baxış sayı: 1042
Font1 Font2 Font3 Font4

“Çatışmazlıqlar var”. Dünən təhsil naziri Mikayıl Cabbarov ANS TV-də yayımlanan “Hesabat”ın qonağı olub. Nazir günlərdir müzakirə olunan test sisteminin ləğv olunması məsələsinə aydınlıq gətirib.

O bildirib ki, bu gün test imtahanının forması əmək bazarında tələb olunan biliyi ölçmür və yaxud ölçmək qabiliyyətinə malik deyil: “Test imtahanları zamanı şagirdlərin nitq, ritorika, yazı vərdişləri arxa planda qalır. Düzdür, test vasitəsilə imtahanların qısa olması üstünlükdür, ancaq digər tərəfdən çatışmazlıqları var. Faktiki olaraq məzunun gələcək taleyi 3 saatlıq bir imtahanda həll olunur və o imtahan ildə bir dəfə keçirilir. Dünyada başqa qiymətləndirmə sistemləri də mövcuddur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri ilə çox maraqlı müzakirələrimiz gedir. İnanmıram ki, növbəti 2-3 ildə imtahanların forma və mahiyyətində hər hansı bir dəyişiklik olsun.

Ancaq ondan sonra imtahanların formasında müəyyən dəyişikliklər ediləcək. Yeni tədris məzmunu ilə oxuyan şagirdlər 3 il sonra məktəbi bitirirlər və onların bilikləri testlə ölçülə bilməz”.

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə