Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

80 milyon manatı mənimsəyən şəxs azadlıqda – YENİLƏNİB
80 milyon manatı mənimsəyən şəxs azadlıqda – YENİLƏNİB
22 Fevral 2016 / 13:21 / Baxış sayı: 1746
Font1 Font2 Font3 Font4

Qərar ötən il dekabrın 2-də qəbul edilsə də, məlumat indi açıqlanıb. Azərbaycan Beynəlxalq Bankı ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılanlardan 6 nəfər barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. 

Bu barədə qərar ötən il dekabrın 2-də qəbul edilsə də, məlumat indi açıqlanıb. Həmin şəxslərdən Adil Mikayılovun vəkili Azər Tanrıverdi bildirib ki, həmin gün Nərimanov rayon Məhkəməsində prokurorluq orqanının verdiyi vəsatətə baxılıb. 

Vəkilin sözlərinə görə, prokurorluq A.Mikayılovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib. Məhkəmə həmin vəsatəti təmin edib. A.Mikayılovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, əvəzində ondan başqa yerə getməmə haqqında iltizam alınıb.

Məlumata görə, həmin vaxt həbsdə olan daha 5 nəfərin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. Onlardan 4 nəfəri “Xəzər Menecment Sistem” şirkətinin əməkdaşları olub.

12:15

Azərbaycan Beynəlxalq Bankından 80 milyon manat kredit götürüb mənimsəməkdə təqsirləndirilərək həbs olunan, günəş batareyalarının quraşdırılması ilə məşğul olan “Xəzər Menecment Sistem” şirkətinin rəhbəri Adil Mikayılov azadlığa buraxılıb.

Oux.Az xəbər verir ki, bu barədə Trend-ə A.Mikayılovun vəkili məlumat verib.

Vəkil bildirib ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə A.Mikayılov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilərək “ev dustaqlığı” ilə əvəzlənib və o azadlığa buraxılıb.

A.Mikayılovun həbsxana şəraitində səhhətində problemlərin olduğunu deyən vəkil bildirib ki, müvəkkili hazırda ev şəraitində müalicə olunur.

Qeyd edək ki, Azərbaycanda günəş batareyalarının quraşdırılması ilə məşğul olan “Xəzər Menecment Sistem” şirkətinin rəhbəri Adil Mikayılov Azərbaycan Beynəlxalq Bankından 80 milyon manat məbləğində götürdüyü krediti mənimsəməkdə təqsirləndirilərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək həbs edilmişdi.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankından kredit götürərək mənimsəməkdə təqsirləndirilən 31 nəfər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilmişdi.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə