Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kütləvi dava, azərbaycanlı öldürüldü
Kütləvi dava, azərbaycanlı öldürüldü
22 Fevral 2016 / 16:00 / Baxış sayı: 346
Font1 Font2 Font3 Font4

Xəsarət alan kişi xəstəxanada dünyasını dəyişib. Ukraynada azərbaycanlı qətlə yetirilib. Hadisə ölkənin Zaporojya şəhərindəqeydə alınıb. Şəhərin Dzerjinski küçəsində atışma olması barədə məlumat alan polis dərhal əraziyə gedib. 

Aparılan araşdırmalar nəticəsində hadisənin Ukrayna ərazisində yaşayan qafqazlılar arasında baş verdiyi məlum olub. Nəticədə münaqişənin 2 iştirakçısı yaralanıb. Xəstəxanaya aparılan şəxslərdən biri – 1969-cu il təvəllüdlü şəxs xəstəxanada ölüb. Həmin şəxsin azərbaycanlı olduğu müəyyən edilib.

Həlak olan şəxsin şəxsi əşyalarına baxış keçirilərkən onların arasından RQD-5qumbarası aşkar edilib. Hazırda cinayət məcəlləsinin qəsdən ağır bədən xəsarətləri yetirmə, zərərçəkmişin ölümünə səbəb olma və silah, döyüş sursatları və partlayıcı maddələrin qanunsuz istifadəsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bir neçə gün əvvəl də Ukraynada azərbaycanlı amansızlıqla qətlə yetirilib. Hadisə Odessanın Admiral prospektində qeydə alınıb. Ərazidə yerləşən barların birinin yaxınlığında naməlum kişi bıçaqlanaraq öldürülüb.

Aparılan araşdırmalar nəticəsində qətlə yetirilən şəxsin gənc iş adamı Aqşin Məmmədov olduğu müəyyən edilib. A. Məmmədov Beyləqan rayonunun 1-ci Aşıqlı kəndinə gətirilərək orada dəfn edilib. 

Qətlə yetirilən azərbaycanlı Aqşin Məmmədov

Qətlə yetirilən azərbaycanlı Aqşin Məmmədov



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə