Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident zarafat etdi
Prezident zarafat etdi
22 Fevral 2016 / 17:09 / Baxış sayı: 360
Font1 Font2 Font3 Font4

“Mən sadəcə Mişelin reaksiyasını görmək istəyirdim”. ABŞ prezidenti Barak Obama daha bir çıxışı ilə gündəmə gəlib. Prezidentlik müddəti bitdikdən sonra ABŞ-ın hansısa şatatında qubernator vəzifəsində çalışmaq üçün namizədliyini verəcəyini söyləyib.

Bu barədə Barak Obama Ağ evdə keçirilən qubernatorların milli asossiasiyasında çıxışı zamanı zarafatyana bildirib.

“Bu mənim qubernatorların şərəfinə verilən naharda prezident kimi son iştirakımdır. Ən azından prezident kimi”, deyə prezident əlavə edib. Onun çıxışı auditoriyada gülüşlə qarşılanıb.

Bu ifadəsindən sonra o zarafat etdiyini deyib. “Mən sadədcə Mişelin (Mişel Obama- ABŞ-ın birinci xanımı) reaksiyasını görmək istəyirdim”.

ABŞ tarixində bu cür hallar baş verib. Belə ki, 13-cü ABŞ prezidenti Endrü Conson 1865-1869 illər ərzində hakimiyyətdə olduqdan sonra doğma Tennessiştatına qayıdıb. Daha sonra ABŞ konqresinə öz namizədliyini irəli sürsə də onun ilk iki cəhdi uğursuz nəticələnib. 1875-ci ildə 3-cü dəfə buna cəhd göstərən sabiq prezident qalib gəlib və konqresin senatı seçilib.

ABŞ-ın 27-ci prezidenti Uilyam Hovard  Taft öz vəzifəsindən getdikdən sonra ABŞ ali məhkəməsinin sədri vəzifəsində işləyib. O, ömrünün sonuna kimi bu vəzifəni icra edib.

 

Mişel Obama-Qubernatorların Ağ evdəki naharından

Ağ ev- qubernatorların naharından foto



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə