Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sarkisyanın həyat yoldaşı Gürcüstanda Mehriban Əliyeva haqqında nə dedi?
Sarkisyanın həyat yoldaşı Gürcüstanda Mehriban Əliyeva haqqında nə dedi?
22 Fevral 2016 / 17:32 / Baxış sayı: 566
Font1 Font2 Font3 Font4

“Onların çox sayda birgə şəkilləri var”. Erməni prezidentinin arvadı Rita Sarqsyan sabiq gürcüstanlı həmkarı Sandra Rulofsun ofisində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxsaylı şəkillərini görərkən təəccüblənib. Bu barədə Sandra Rulofs “Rustavi2” telekanalının efirində “Vanos şou” proqramının efirində danışıb.

“Mən ona (Rita Sarqsyana) öz ofisimi göstərdim… Daha sonra divardakı şəkillərə baxmağa başladıq, orada Azərbaycanın birinci xanımının beş şəkli vardı. Bir fotoda o (Sarkisyan), özündən əvvəl Ermənistanın birinci xanımı olmuş Bellanı (Bella Köçəryan – red.) gördü, amma onun şəkili yox idi… Mən, əlbəttə, özümü bir az narahat hiss etdim” , – deyə, Gürcüstanın birinci xanımı deyib.

Rulofs xatırlayır ki, şəkillərə baxarkən Sarqsyan “Burda da Mehriban xanım, burda da. Sandra siz çox yaxın idiniz!” deyib.Rulofs qeyd edib ki, o və əri Mixael Saakaşvili ilə Azərbaycanın prezidenti və birinci xanımı çox yaxın idi, tez-tez görüşürdülər, ona görə də bərabər çəkilmiş fotoları çoxdur.  “Mən Rita Sarqsyana, “bizimlə də bütün gün fotoqraf gəzir, sizinlə olan şəkillərimdən ibarət bir divar hazırlayacağımı dedim”, – Sandra bildirib.Həmin gün rəsmi şam yeməyində Rita Sarqsyan yenidən Mehriban Əliyevadan söz açıb.

“Mən Sandranın ofisində oldum, orada Mehriban xanımın çox sayda şəkilləri var idi”, – Rulofs erməni həmkarının sözlərindən sitat gətirib.“Mən özümü narahat hiss etdim, düşündüm ki, bu haqda danışmaq nəyə lazımdır?”, – Rulofs gülümsəyib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə