Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İran prezidentinin İlham Əliyevə hansı planı təqdim etdiyi açıqlandı
İran prezidentinin İlham Əliyevə hansı planı təqdim etdiyi açıqlandı
23 Fevral 2016 / 12:32 / Baxış sayı: 282
Font1 Font2 Font3 Font4

İran prezidenti Həsən Ruhani bu gün Tehranda Azərbaycan prezidenti İlham Əliyevə Xəzərdə neft-qaz əməkdaşlığına dair yeni planı rəsmən təqdim edəcək. Bu haqda İranın neft naziri Bejan Zənganeyə istinadən “Mehr” agentliyi məlumat yayıb.

Azərbaycan prezidenti İlham Əliyevin Tehrana səfəri başlayıb və onun təyyarəsi İran paytaxtında yerə anib. Nazi deyib ki, plana əsasən İran Azərbaycana Xəzərdəki neft-qaz yataqlarının istismarında birgə iştirak və svop neft nəqli təklif edir.

Zənganenin sözlərin görə, İranın təklifinə Xəzərdəki bəzi neft-qaz yataqlarının birgə istismarı daxildir.

Habelə onun ölkəsi Azərbaycanla neft və qaz mübadiləsində (svop mexanizmi) maraqlıdır. “Əliyevin səfəri zamanı iki ölkə arasında yüksək səviyyəli siyasi danışıqlarda bu məsələlər müzakirə olunacaq. Bu təkliflər  dövlət başçılarının görüşündə masaya qoyulacaq”-nazir deyib.

İranın neft nazirinin müavini və milli qaz şirkəti NİGC-nin prezidenti Həmid Rza Araqi isə səfər ərəfəsində deyib ki, Rusiya və Azərbaycanla hər gün 50-60 milyon kubmetr təbii qazın nəqlində dair danışıqlar gedir. İran habelə Qazaxıstan və Rusiya ilə Xəzərdə svop-neft mübadiləsi üzrə danışıqlar aparır.

Bu mexanizmə əsasən İran Azərbaycan neftini Xəzərdə qəbul edir, əvəzində eyni həcmdə İran neftini Fars körfəzində bazara çıxarır.  İran mənbələri xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevlə Həsən Ruhani arasında danışıqlar artıq başlayıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə